EUR USD RUB

Media

Bob Dilanın gitarası 490 min dollara satıldı

  • 551 dəfə
  • Tarix 21 May 2018 / 09:59

ABŞ-da keçirilən hərrac zamanı Bob Dilanın gitarası 490 min dollara satılıb.

 

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə bu alət musiqiçinin ilk elektrogitaralarından biridir.

 

O, qastrol turları zamanı həmən gitarada ifa edirmiş.

 

Qara rəngli “Fender Stratocaster” gitarası Bob Dilandan sonra kanadalı gitaraçı və ifaçı Robbi Robertsona məxsus olmuşdu.

 

Bob Dilanın 1965-ci ildə Nyoport festivalı zamanı ifa etdiyi ilk “Fender Stratocaster” gitarası 2013-cü ildə 965 min dollara satılıb.

 

O, dünyanın ən bahalı gitaralarından hesab edilir.

 

 

 

SİZİN REKLAM BURADA