EUR 2.0067 USD 1.7 RUB 0.0272

Ədəbiyyat

Yeni layihə: “Azərbaycan ədəbiyyatı virtual aləmdə”

  • 986 dəfə
  • Tarix 21 May 2018 / 12:41

Azərbaycan Tərcümə Mərkəzi Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində yeni layihəyə – ədəbiyyatımızı dünyaya beynəlxalq elektron informasiya şəbəkələri vasitəsi ilə təqdim edəcək “Azərbaycan ədəbiyyatı virtual aləmdə” adlı yeni layihəyə start verib.

 

Layihənin ilki dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilib.  Belarusun məşhur “Sozvuçie” (Созвучие – литература и публицистика стран Содружества) ədəbi portalı “Ларец жемчужин” (İncilər xəzinəsi) rubrikası altında  Nizami Gəncəvinin həyatına dair məlumata və şairin əsərlərinə geniş yer ayırıb.

 

“Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsinin ingilis, fransız, alman, türk, ərəb, çex və digər dillərdə müvafiq dünya portalları vasitəsilə davamlı olaraq yayınlanacağı nəzərdə tutulur.  

 

http://sozvuchie.by/poeziya/item/3259-larets-zhemchuzhin-poeziya-azerbajdzhana-nizami-gyandzhevi.html

 

SİZİN REKLAM BURADA