EUR 2.0067 USD 1.7 RUB 0.0272

Media

Xanəmirin və Sevinc Elsevərin kitabları təqdim olunacaq

  • 931 dəfə
  • Tarix 21 May 2018 / 14:35

Mayın 26-sı saat 15-də Xanəmir Telmanoğlunun “Naməlum ailə” psixoloji romanı və Sevinc Elsevərin “Çörək rəngli əllər” şeirlər toplusu oxuculara təqdim ediləcək.

 

Kulis.azın verdiyi xəbərə görə, “XAN” nəşrlərinin “Çağdaş ədəbiyyat” seriyasından çap olunan kitabların təqdimatı “Kitabevim.az” mağazalar şəbəkəsinin 28 May filialında keçiriləcək. 

 

Qeyd edək ki, “Çörək rəngli əllər” kitabı Mövlud Mövludun xatirəsinə ithaf olunub. Kitabın ön sözünün müəllifi Kulis.azın əməkdaşı, tanınmış sənətşünas Aliyə Dadaşovadır.

 

SİZİN REKLAM BURADA