EUR 2.0067 USD 1.7 RUB 0.0272

Kinoteatr

Bakı Uşaq Teatrı yeni tamaşa göstərəcək

  • 952 dəfə
  • Tarix 22 May 2018 / 16:06

Bakı Uşaq Teatrı mövsümün sonuna yaxın daha bir yeni tamaşa ilə çıxış edəcək.

 

Teatrdan Kulis.az-a verilən xəbərə görə, Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında rejissor Elşən Zeynallının quruluş verdiyi “Kimdir müqəssir?!” tamaşası iyunun 12-də tamaşaçıların ixtiyarına veriləcək.

 

Premyera Dövlət Gənc Tamaşaçılar Teatrının binasında baş tutacaq.

 

Tamaşada kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunur.

 

Rolları Bakı Uşaq Teatrının aktyorları Niyaz İlyasoğlu, Məlahət Əhməd, Əliqulu Səmədov və başqaları ifa edirlər.

 

Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu Könül Şahbazovadır.

 

Qeyd edək ki, tamaşaya ictimai baxış bu günlərdə Bakıdakı 91 saylı orta məktəbdə keçirilib.

 

SİZİN REKLAM BURADA