EUR USD RUB

Media

Lütfi Zadəyə həsr edilmiş tamaşanın premyerası olacaq

  • 1085 dəfə
  • Tarix 24 May 2018 / 16:26

Mayın 26-sı saat 19-da  Gənc Tamaşaçılar Teatrında Fridrix Dürrenmattın “Fiziklər” komediyası əsasında hazırlanmış “Dəlixanada qətl”  tamaşasının premyerası keçiriləcək.

 

Teatrdan Kulis.aza verilən xəbərə görə, tamaşa ötən il dünyasını dəyişmiş dahi soydaşımız Lütfi Zadənin xatirəsinə həsr olunub.  Tamaşanı rus dilindən tərcümə edəni Dilsuz Mustafayevdir.

 

Yeni səhnə əsərinin  quruluşçu rejissoru  Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sevda Hacışəmiyevadır.

 

Tamaşada əsas obrazları Leyli Vəliyeva, Mehriban Hüseynova, İradə Rəşidova, Gülər Nəbiyeva, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Anar Seyfullayev, Ramiq Nəsirov, Nofəl Vəliyev, Şövqü Hüseynov, Gülər Nəbiyeva, Ramil Məmmədov və Aygün Fətullayeva canlandıracaq...

 

SİZİN REKLAM BURADA