EUR USD RUB

Sənət

Haqverdiyevin “Kimdir müqəssir”i nümayiş olunacaq

  • 1455 dəfə
  • Tarix 25 May 2018 / 09:53

İyunun 12-də Bakı Uşaq Teatrı Gənc Tamaşaçılar Teatrının səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin eyni adlı pyesi əsasında hazırladığı “Kimdir müqəssir?!” tamaşasını nümayiş etdirəcək.

 

Kulis.azın verdiyi xəbərə görə, tamaşanın rejissoru E.Zeynallıdır. Səhnə əsərində kiçik bir ailənin timsalında bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunur.

 

Tamaşada rolları Niyaz İlyasoğlu, Məlahət Əhməd, Əliqulu Səmədov və başqaları ifa edirlər.

 

Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu Könül Şahbazovadır.

 

Tamaşaya ictimai baxış bu günlərdə Bakıdakı 91 nömrəli orta məktəbdə keçirilib.

 

SİZİN REKLAM BURADA