EUR 1.9745 USD 1.7 RUB 0.0267

Sənət

Nəzakət Teymurova fərqli konsert verəcək

  • 463 dəfə
  • Tarix 07 İyun 2018 / 12:23

 

Xalq artisti, muğam ifaçısı Nəzakət Teymurova solo konsert proqramı ilə çıxış edəcək.

 

APA-nın xəbərinə görə, konsert iyunun 20-də Yaşıl Teatrda baş tutacaq. N.Teymurova musiqi gecəsinə xüsusi repertuar hazırladığını bildirib: “Həmin gün repertuarımda heç zaman ifa etmədiyim mahnılar olacaq. Əksəri Rəşid Behbudov, Yalçın Rzazadə, Flora Kərimovanın repertuarına aid olan ifalar və aşıq mahnılarıdır. Demək olar ki, janrı tamamilə dəyişmişik. Səhnədə 15 nəfərlik heyətlə birgə çıxış edəcəm. Bu vaxta kimi muğam konsertlərim, Kamera Orkestri ilə çıxışlarım olub. Bu dəfə isə milli estradaya üstünlük vermişik. Retro mahnılarını yeni tərzdə təqdim edəcəyik”.

 

 

SİZİN REKLAM BURADA