EUR 1.9745 USD 1.7 RUB 0.0267

Media

Yeni tamaşa təqdim olunacaq: “Tənbəl Əhməd”

  • 492 dəfə
  • Tarix 07 İyun 2018 / 16:52

İyunun 10-da Gənc Tamaşaçılar Teatrında “Tənbəl Əhməd” adlı yeni tamaşanın premyerası olacaq.

 

Teatrdan Kulis.aza verilən xəbərə görə, Azərbaycan xalq nağılı əsasında səhnələşdirilən “Tənbəl Əhməd” gənclər və yeniyetmələrə xeyirxahlıq, zəhmətkeşlik, sədaqətlilik kimi keyfiyyətləri aşılayır.

 

Quruluşunu gənc rejissor Ayla Osmanovanın verdiyi tamaşada rolları Əməkdar artistlər Nəsibə Eldarova, Vahid Əliyev, aktyorlardan Səbinə Məmmədova, Zümrüd Quliyeva, Anar Seyfulayev, Müşfiq Əliyev, Küşvər Şərifova, Xəyalə Meydanova, Sona Babayeva və başqaları ifa edirlər.

 

SİZİN REKLAM BURADA