EUR 1.9745 USD 1.7 RUB 0.0267

Media

Naxçıvanda “İslam filmləri həftəsi” olacaq

  • 415 dəfə
  • Tarix 08 İyun 2018 / 12:24

 

Naxçıvanda “İslam filmləri həftəsi” keçiriləcək.

 

APA-nın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclasında bildirib. 

 

Ali Məclis sədri deyib ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Naxçıvanda “İslam filmləri həftəsi”nin keçirilməsi üçün ölkələri və filmləri müəyyənləşdirməli, bu ilin sentyabr ayında İslam dinini olduğu kimi təqdim edən filmlərdən ibarət “İslam filmləri həftəsi” keçirilməlidir.

 

Tədbirlər Planına əsasən, 2018-ci ildə “İslam dini və ailə dəyərləri” mövzusunda konfrans, iyun ayının 20-dək “İslam dəyərləri: ramazan və qurban bayramları” mövzusunda elmi forum təşkil edilməlidir.

 

V. Talıbov Naxçıvanda İslam dininə, onun dəyərlərinə və mahiyyətinə uyğun münasibətin formalaşdığını, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsinin isə bu qədim diyarın tanıdılması baxımından mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb, açılış tədbirinin ölkə və dünya mətbuatında geniş işıqlandırılmasının vacibliyini qeyd edib.

 

Qeyd edək ki, iyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı açılış tədbiri keçiriləcək.

 

 

SİZİN REKLAM BURADA