EUR 1.9745 USD 1.7 RUB 0.0267

Media

Xalq artisti vəfat etdi

  • 1577 dəfə
  • Tarix 11 İyun 2018 / 09:51

 

Rusiyanın xalq artisti İqor Oxlupin vəfat edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, aktyor iyunun 9-da 80 yaşında ölüb. İ. Oxlupin uzun müddətdir xəstəxanada müalicə alırdı.

 

Aktyor 1938-ci ildə Moskvada anadan olub. 1960-cı ildə Şukin ali teatr məktəbini bitirib. Həmin ildə Mayakovskinin adını daşıyan teatrın truppasına daxil olub. Aktyor bu teatrda “Hamlet”, “Kuraj ana və uşaqları”, “Çar Edip”, “Qağayı”, “Ölü canlar” və başqa tamaşalarda müxtəlif obrazlar yaradıb.

 

İ. Oxlupin eyni zamanda bir sıra filmlərdə də fərqli rollarda çıxış edib.

 

 

SİZİN REKLAM BURADA