EUR USD RUB

Sənət

"Çıxış" teatrı festivalda iştirak edib

  • 1059 dəfə
  • Tarix 11 İyun 2018 / 18:09

"Çıxış" teatrı Mayın 22-dən İyunun 8-ə qədər davam edən Gürcüstan Respublikasının Kutaisi şəhərində keçirilən "Theatrical Kutaisi" Beynəlxalq Teatr Festivalından qayıdıb.

 

Kulis.az-ın verdiyi xəbərə görə, teatr festivala  "Buffonada" tamaşası ilə qatılıb.  Festivalda ölkəmizlə yanaşı Polşa, Litva, Latviya, Ukrayna, Türkiyə, İran və digər ölkələr də iştirak edib. Qeyd edək ki, "Çıxış" teatrı və truppanın aktyorları festvalın direktoru Levan Roxvadze tərəfindən "Uğurlu Çıxış"-a görə xüsusi diplomlarla təltif olunublar.

 

Tamaşada Nyu-Yorkda teatr təhsili almış həmyerlimiz Kəmalə İsrafilova və almaniyalı gənc aktyor Aron Eichhorn iştirak edirlər. Tamaşanın rəssamı Şahnaz Ağayeva, xoreoqrafı Elnur İsmayılovdur. Tamaşanın müəllifi və qurluşçu rejissoru İmam Həsənəvdur.

 

“Buffonada” tamaşası evsiz-eşiksiz, qayğı və sevgiyə böyük ehtiyac duyan iki klounun sevgi macərasından bəhs edən tragikomediyadır.

 

Xatırladaq ki, "Çıxış" mart ayında rejissor İmam Həsənov tərəfindən təsis olunan, Mirzə İbrahimov 22 ünvanında yerləşən müstəqil teatrdır.

 

 

SİZİN REKLAM BURADA