EUR USD RUB

Media

"Vicdan haqqı"nın İmranı əməliyyat olunacaq

  • 1885 dəfə
  • Tarix 13 İyun 2018 / 13:00

“Vicdan haqqı” serialından İmran rolu ilə məşhur olan Əməkdar artist İlham Hüseynov ayağından əməliyyat olunacaq.

 

Kulis.az-a açıqlamasında aktyor bud çanaq oynağının dəyişdirilməsi üçün cərrahiyyə əməliyyatını keçirəcəyini deyib.

 

Azərbaycan Dövlət Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında iyunun 18-də əməliyyat olunacağını söyləyən əməkdar artist xeyli müddətdir ki, bu problemdən əziyyət çəkir:

 

“Beş ildən artıqdır ki, “artroz” adlanan oynaq xəstəliyindən əziyyət çəkirəm. Əməliyyat da yetərincə bahalı əməliyyatdır. Bilirsiniz ki, ötən il eyni problemlə o biri ayağımdan əməliyyat olunmuşdum. Ötən il mənim əlli illik yubileyim ərəfəsində Zaur Baxşəliyevin “Bizimləsən” verilişində əməliyyatın xərcini ATV kanalı öz üzərinə götürdü. Yəni, bunu kanal mənə hədiyyə etdi. Bu il ikinci ayağım eyni problemdən əməliyyat olunacaq. Bu il də əməliyyat və müalicə xərclərini ATV kanalı ödəyir.”

 

 

SİZİN REKLAM BURADA