EUR 1.9745 USD 1.7 RUB 0.0267

Ədəbiyyat

"Vicdan haqqı" serialının final bölümləri təqdim olunacaq

  • 1432 dəfə
  • Tarix 13 İyun 2018 / 14:15

ATV kanalında nümayiş olunan “Vicdan Haqqı” serialı yaxın zamanlarda başa çatacaq.

 

Bunu Kulis.az-a açıqlamasında serialda İmran rolunda iştirak edən Əməkdar artist İlham Hüseynov söyləyib.

 

“Çəkilişlər artıq bitib. Final bölümlər iyulun ilk həftəsində tamaşaçılara təqdim olunur. Bununla da “Vicdan haqqı” serialı sona çatır”.

 

Xatırladaq ki, rejissor Rövşən İsaxın quruluş verdiyi “Vicdan haqqı” serialı artıq üçüncü mövsüm idi ki, davam edirdi. Böyük reytinq qazanmış serialla bir çox istedadlı aktyorlar daha da populyarlaşmışdı. Baş rollarda Aygün Zeynalova və Elxan Yunisin çəkildiyi serial Rusiyada ikinci ailəsi olan azərbaycanlı kişinin ailə dramından bəhs edir. 

 

 

SİZİN REKLAM BURADA