EUR 1.9745 USD 1.7 RUB 0.0267

Sənət

Məşhur tablonu korlayan adam danışdı

  • 556 dəfə
  • Tarix 14 İyun 2018 / 10:40

Moskva qalereyalarından birində məşhur rus rəssamı İlya Repinin “İvan Qroznı və onun oğlu İvan” tablosunu zədələyən vandal öz hərəkətinin səbəblərini açıqlayıb.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur tablonu korlayan şəxs hərəkətini dini baxışları ilə əlaqələndirib:

 

“Mən hesab edirəm ki, bu rəsm əsəri inanclı insanların, provslavların, ümumiyyətlə bütün Rusiyanın heysiyyətini təhqir edir. Başqa sözüm yoxdur.”

 

Prokurorluğun əməkdaşı tabloya 30 milyon rubl dəyərində ziyan dəydiyini bildirib.

 

Bundan əvvəl tablonu korlayan İqor Podporin əsərdə təsvir olunanların tarixi həqiqətləri əks etdirmədiyini demişdi.

 

Xatırladaq ki, mayın 25-də Voronej sakini Repinin “İvan Qroznı və onun oğlu İvan” əsərini metal alətlə bir neçə yerdən zədələmiş deşmişdi. Hadisədən sonra onu həbs etmişdilər.

 

 

SİZİN REKLAM BURADA