EUR USD RUB

Kinoteatr

Xəstəlikdən əziyyət çəkən arvadını öldürdü

  • 2441 dəfə
  • Tarix 23 İyun 2018 / 10:00

Kulis.az “Əsl kino” layihəsində Mixael Hanekenin “Xoşbəxt son” (2017) və Mia Hansen Lövenin “Gələcək” (2016) filmlərini təqdim edir.

 

Avstriyalı rejissor Mixael Hanekenin “Xoşbəxt son” filmi 70-ci Kann festivalının əsas müsabiqə proqramında iştirak edib.

 

Süjet: Hadisələr Fransanın Kale şəhərində yaşayan zəngin fransız ailəsində baş verir. Ailə başçısı, qoca Jorj (Jan Lui Trentinyan) həyatdan yorulub, onu bu dünyaya bağlayan nəsə qalmayıb. Qızı Anna (İzabel Yupper) böyük bir şirkətin qayğıları ilə məşğuldur. Oğlu Pyer (Frans Roqovskiy) həyatda özünü tapa bilmir, daim depressiyadadır və şirkət onu maraqlandırmır. Annanın ikinci dəfə ailə quran həkim qardaşı Tomanın (Mattye Kassovits) öz qayğıları var. Onun birinci arvadı zəhərləndiyindən, on bir yaşlı qızı Eveni (Fantina Arduin) yanına gətirməli olub.

 

Jorj həyatını bitirmək üçün avtomobilini qəzaya uğradır. Amma sağ qalır və şikəst olur. Əlil arabasına məhkum olan qoca ikinci dəfə, nəvəsi Evenin köməyi ilə intihara cəhd edir.

 

Hanekenin bu filmi, onun Kannda əsas mükafatı qazanan “Sevgi” filminin bir növ davamıdır. Qoca Jorj nəvəsinə xəstəlikdən əziyyət çəkən arvadını öldürdüyünü və bundan peşman olmadığını deyir.

 

 

Haneke bir qayda olaraq filmlərində orta ya yuxarı təbəqənin intim dünyasını – evini, onların evdəki münasibətlərini, davranışlarını mərkəzə gətirir.

 

“Xoşbəxt son” filmində də özünə sadiq qalır.

 

Onun qəhrəmanları maddi baxımdan zəngin, yüksək sosial statusa malik olsalar da, xoşbəxt deyillər, sevgisizlikdən, aralarındakı ünsiyyətin alınmamağından, qeyri-səmimiyyətdən, daxilən azad ola bilməmələrindən əziyyət çəkirlər.

 

Danışmağa söz tapa bilməyən ailə, hər gün yemək süfrəsində bir araya gəlir, sıxılaraq nahar, şam edir.

 

Bu ailəyə yenicə qoşulan on bir yaşlı Eve də burdakı sevgisizliyi görür, atasının arvadına xəyanət etdiyinin, başqa qadınla söhbətləşdiyinin şahidi olur. O, özünü sosial şəbəkələrə qapdırır.

 

Hadisələr Fransaya gələn mühacirlərin həyatının fonunda baş verir. Ailənin tikinti şirkətində bədbəxt hadisə nəticəsində bir mühacir ölümcül yaralanır. Final səhnəsində nəvəsinin köməyi ilə Jorj yenə intihar etmək istəsə də övladlarının sayəsində bu, alınmır.

 

“Xoşbəxt son”  fransız kino ənənələrində çəkilib. Şabrolun, Qodarın, Bunuelin filmlərinə xas - burjuaziyaya sarkastik intonasiya burada hakimdir. 

 

Filmin “Xoşbəxt son” adlanması rişxənddir.

                           

 

***

 

Fransız rejissoru Mia Hansen Lövenin “Gələcək” filmi 66-cı Berlin kinofestivalında “Ən yaxşı rejissor” işinə görə Gümüş Ayı alıb.

 

Süjet: Natali (İzabel Yupper) məktəbdə fəlsəfə müəllimdir. Əri də universitetdə fəlsəfədən dərs deyir. Onlar müstəqil həyat yaşayan uşaqları ilə vaxtaşırı, yemək süfrəsində bir araya gəlirlər. 

 

Natali həyatından razıdır, işini sevir, kitab nəşr etdirməyə hazırlaşır, keçmiş şagirdləriylə görüşür, ailə qayğılarını sevərək yerinə yetirir. Ancaq günlərin birində hər şey dəyişir. Əri başqa qadına görə onu tərk edir. Keçmiş model olan anası intihara cəhd edir. Uşaqlarının isə öz həyatı var.

 

 

Natali gözlənilməz dəyişikliyə uyğunlaşmağa çalışır...

 

Bu film hər şeydən əvvəl nəzəri biliklərlə təcrübənin toqquşması haqdadır. Hadisənin mərkəzində intellektual, filosoflar ailəsinin olması təsadüfi deyil.

 

Həyatın ən müxtəlif tərəfləri barədə soyuqqanlı, dərin mühakimələr yürüdən, iti yumoru olan, hazırcavab Natali reallığın gözlənilməz sürprizlərinə hazır deyil.

 

Ərinin başqa qadınla onu tərk etməsini ağrılı qarşılayır, gecə yatağında tənhalıqdan ağlayır. Amma onu yumoru, soyuq maneraları ilə ört-basdır etməyə çalışır. 

 

Nə qədər intellektual olursaq olaq, hansısa məişət hadisələrində, həyatın gözlənilməz döngələrində instinktlərimizə, duyğularımıza təslim oluruq.

 

Rejissorun özü filosoflar ailəsində doğulub. Onun valideynləri fəlsəfə üzrə professordurlar.

 

 

 

Ərindən gizli abort etdirən yazıçı arvadı – “Əsl kino”

Depressiyaya meylli adamlar bu filmə baxmasın - VİDEO

Sallaqxanada eşq macərası – “Əsl kino”

Üzü əməliyyatla dəyişən yəhudi müğənninin əri ilə oyunu

Ərinin sevgilisi ilə birlikdə yaşamağına razı olan məşhur telejurnalist

Bu il Oskar alan ilk transseksual qadının filmi – ƏSL KİNO

Bu film Kamyunun hekayəsi əsasında çəkilib

Çin rejiminə etiraz edən film - “O qız çinlidir”

Kann festivalında qalib olan iki film – “Buraxılış” və “Şəxsi alıcı”

Gürcü rejissorun Berlin festivalında mükafat alan filmi - ƏSL KİNO

İsrailin bəyənmədiyi son illərin ən yaxşı anti-müharibə filmi

İşə götürənlərə narkoman olduğunu deyən norveçli 

Bu filmin aktyoru mafiya üzvü olduğuna görə 11 il həbsdə yatıb

Türk rejissorun almanları qəzəbləndirən filmi 

Mobil telefonunu ailəsindən üstün tutan ata

Hamilə qadınları abort etdiyi üçün iki il həbsdə yatan qulluqçu

Mafiyanın öldürmək istədiyi jurnalist, türkləri "seksual ac" adlandıran avstriyalılar

Narkotik satıb insanları depressiyadan çıxardığına inanan ofisiant qız

Xərçəng olduğunu öyrənən qadının xəyanət arzusu

 

 

 

SİZİN REKLAM BURADA