EUR 1.9874 USD 1.7 RUB 0.0272

Media

Hülya Avşar evinə girən oğrunu qovaladı

  • 505 dəfə
  • Tarix 10 İyul 2018 / 10:36

Hülya Avşarın Ayvalıkdakı yay evinə oğru girib. Müğənninin evindən qaçmağı bacaran  oğru  500 min türk lirəsi oğurlayıb.

 

Hülya Avşar evinə girən oğrunu necə qovaladığını və həmin vaxt yaşadıqları barədə "Milliyyət" qəzetinə danışıb:

 

"Səhər altı, yeddinin yarısı olardı. Gün təzəcə işıqlanmışdı. Gözümü açanda gördüm yataq otağımda bir adam var. Ayağa sıçrayıb, sən kimsən dedim? Papaqlı, əlcəkli adam əli ilə üzünü gizlədib "Mənəm, mən" dedi. Çarpayıdan sıçrayıb üstünə yeridim. O, oğurladığı çantamı eyvandan atıb, öz isə qapıdan çıxaraq sürətlə bağa doğru qaçmağa başladı. Az qala yaxasından yapışmışdım, gecə paltarında olduğumu dərk edib evə qayıtdım ki, əynimə paltar geyinim.

 

Geri qayıdıb pillələri enərkən onu yenidən qovalamağa başladım. Amma tuta bilmədim. Oğurladığı çantaları bağdan götürüb qaçdı. Səs-küyə oyanan qızıma aşağı mərtəbədəki Heline baxmasını söylədim. Daha sonra polisə zəng vurduq".

 

Avşarın evindəki kameralardan oğrunun fiqurları təsdiq olunub. Oğrunun Burhaniyədə bir çox evi soyduğu üçün axtarışda olduğu müəyyənləşdirilib.

 

Müğənni oğrunun oğurladığı çantalarda nələrin olduğu sualına bu cavabı verib:

 

"500 min TL-yə yaxın pul, şəxsiyyət vəsiqəsi, kredit kartları, pasport, avtomobil açarı və iki brilyant sırğa".

 

Bazar günü yay fəslində baş verən hadisənin sanki film olduğunu vurğulayan müğənni hadisənin davamını isə belə nəql edib:

 

"İşin ən maraqlı tərəfi isə oğrunun pulları götürdükdən sonra çantaları Ayvalık yaxınlığında atmasıdır. Polisin dediyinə görə bu onun üsuludur.

 

Dünən dənizə girərkən sırğalarımı salfetə büküb çantama qoymuşdum. Güman edirəm sırğaları çirkli zənn edərək digər əşyalar kimi onları da atıb".

 

“Bu hadisə sizə necə təsir etdi” sualına isə müğənni belə cavab verib:

 

“Eylül ilə Leyla kimi uşaqların öldürülməsinin ailələrinə yaşatdığı acının yanında mənimki heç nədir. Bu səbəbdən də hadisə çox da təsir etmədi".

 

SİZİN REKLAM BURADA