EUR 1.9874 USD 1.7 RUB 0.0272

Ədəbiyyat

Fotoşəkillər – Qısa Hekayə

  • 539 dəfə
  • Tarix 10 İyul 2018 / 15:53

Kulis.az Məlik Rzanın “Fotoşəkillər” adlı qısa hekayəsini təqdim edir.

 

Təzə kirayə evə köçmüşəm. Səhər köhnə ev sahiblərinin unutduqları ayaqqabı qutularından üstü toz basmış fotoşəkilləri tapıb döşəməyə tökdüm. Bir-bir baxdım, tərsinə çevirib arxasındakı çəkiliş illərini yoxladım, qeydləri oxudum. Şəkillərin arxasındakı qeydlərin hər birinin öz başlığı var idi. Hamısını eyni adam yazmışdı. Adı yox idi, amma xəttindən bilmək olurdu. Şəkillərin arxasındakı bəyaz çərçivələrdə eyni hərflərdə büdrəmişdi. Vergülləri yerində ləngər vururdu, amma nöqtələri qoymağı unutmuşdu. Bütün şəkillərdə fotoaparatın obyektivinə dişlərini ağardıb gülümsəyirdi. Şəkilləri döşəmədə xronologiyaya uyğun sıralayanda gördüm ki, ildən-ilə saçları seyrəkləşir, gülümsəyən dişlərinin sırası pozulur, get-gedə sısqalaşıb şəkildə az yer tutur, sonra balacalaşıb yox olur.

 

SİZİN REKLAM BURADA