EUR 1.9874 USD 1.7 RUB 0.0272

Kinoteatr

Ziqmund Freyddən serial çəkilir

  • 368 dəfə
  • Tarix 11 İyul 2018 / 12:37

Amerikanın məşhur “Netflix” şirkəti dahi psixoanalitik Ziqmund Freydin təlimlərindən istifadə edərək serial hazırlayır.

 

Kulis.az xəbər verir ki, serialda silsilə cinayət törədən qatillər dahi alimin təcrübələri əsasında yaxalanacaq.

 

Bu ekran işi şirkətin Avstriyadakı ilk orijinal proyektidir. Alman dilində təqdim olunacaq serialın ssenarisini Stefan Brunner və Benjamin Hessler yazır. Rejissor Marvin Krendir.

 

Hadisələr 19-cu əsrdə Vyanada cərəyan edir. Serialda bir qatili həbs etmək üçün polis müfəttişi Kissə kömək edən gənc Freydin obrazı da var. Onlar komanda şəklində ağıllı bir qatili tapmaq üçün işləyəcəklər.

 

Serialın çəkilişləri payızda Vyanada başlanacaq.

 

SİZİN REKLAM BURADA