EUR 1.9874 USD 1.7 RUB 0.0272

Media

Emrah Serbes 13 il azadlıqdan məhrum edildi

  • 605 dəfə
  • Tarix 12 İyul 2018 / 16:55

 

“Behzat Ç”-nin müəllifi 13 il həbs cəzası aldı.

 

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, tanınmış türk yazıçı Emrah Serbesə hökm oxunub.

 

İzmirdəki avtomobil qəzasında üç nəfərin ölümünə səbəb olan yazıçıya 13 il 4 ay həbs cəzası verildi.

 

“Kaş mən ölsəydim. Çox pisəm. Çox peşmanam. Bir ailəni məhv etdim” – Emrah Serbes məhkəmədə bunları söyləyib.

 

Xatırladaq ki, yazıçı Tviterdəki hesabında cinayət əməli törətdiyini etiraf etmişdi.

 

SİZİN REKLAM BURADA