“Sima” mükafatı təqdim olunacaq

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzi “Sima” mövsümi Teatr Mükafatını təsis edib. Teatrın mətbuat xidmətinin Kulisə verdiyi məlumata görə nominantlar artıq müəyyənləşib.

 

Mükafatın təqdimat mərasimi iyul ayının ortalarında - 87-ci teatr mövsümünün yekununa həsr olunmuş iclasda həyata keçiriləcək. Mükafatçılara xüsusi priz, diplom və pul mükafatı da təqdim ediləcəkdir.

 

Mükafat “Ən yaxşı tamaşa”, “Ən yaxşı rejissor işi” (böyük tamaşaları üzrə), “Mövsümün seçilən aktyoru” (böyük tamaşaları üzrə), “Mövsümün seçilən aktrisası” (böyük tamaşaları üzrə), “Mövsümün seçilən aktrisası” (uşaq tamaşaları üzrə), “Mövsümün seçilən aktyoru” (uşaq tamaşaları üzrə), “Ən yaxşı rəssam işi”, “Şərəf və ləyaqət”, “Teatrın dostu” nominasiyaları olmaqla 9 adda müəyyənləşdirilib. Artıq münsiflər heyəti iclas keçirərək gizli səsvermə yolu ilə nominantları müəyyənləşdiriblər.

 

Mükafat teatrın yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə (mövzusu, quruluşu, tərtibatı, ifaçısı) fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin və ayrı-ayrı ifaçıların mükafatlandırılması məqsədilə təsis olunub. 

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017