Ruslar ən böyük yazıçısını seçdi

 

Ruslar öz ədəbiyyatlarının ən böyük yazıçısını seçib.

 

Kulis rus saytlarına istinadən xəbər verir ki, sorğuda Lev Tolstoy, Dostoyevski, Çexov üçlükdə yer alıblar: Tolstoy 45 faiz, Dostoyevski 23 faiz, Çexov isə 18 faiz səs yığıb.

 

Puşkin 15, Nikolay Qoqolla Mixail Şoloxov 13, Mixail Bulqakov isə 11 səslə növbəti yerləri tutublar.

 

Adı çəkilənlərin içində İvan Turgenev, Maksim Qorki, Mixail Lermantov və Aleksandr Solijenitsin də var: onlar 5-10 arası xal toplayıblar.

 

Cəmi dörd səs alan yazıçılar isə bunlardır: Aleksandr Kuprin, İvan Bunin, Nikolay Nekrasov.

 

Sorğu 19-24 fevralda Rusiyanın 48 regionunda 1600 adam arasında keçirilib.

LENT

06 Avqust 2018
05 Avqust 2018
02 Avqust 2018
01 Avqust 2018
31 İyul 2018
30 İyul 2018