Cəfər Cabbarlı mükafatı təqdim olunacaq

Bu il xalq şairi Nəriman Həsənzadə, xalq artistləri Fuad Poladov, Mələkxanım Əyyubova və başqaları Cəfər Cabbarlı mükafatına layiq görülüblər.

 

Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı məlumat verib ki, mayın 23-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mükafatların təqdim olunması mərasimi keçiriləcək. Ənənəvi olaraq bu il də ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

 

Tədbirdə, həmçinin mükafat komissiyasının təsis etdiyi xüsusi diplomlar da sahiblərinə təqdim olunacaq. /Azərtac /

LENT

06 Avqust 2018
05 Avqust 2018
02 Avqust 2018
01 Avqust 2018
31 İyul 2018
30 İyul 2018