Mən də öləcəyəm qaraciyərdən – Kənan Hacının yeni şeiri

 

Kulis.Az Kənan Hacının “Mən də öləcəyəm qaraciyərdən” adlı yeni şeirini təqdim edir.

 

Anar Həbiboğlunun ruhuna

 

Bizim ciyərimiz çürüdü getdi,

sağ çıxa bilmədik bu laqeydlikdən.

Məni qabaqlayıb səssizcə getdin,

“mən də öləcəyəm qaraciyərdən”.

 

“Qoruya bilmədik” söyləyəcəklər,

sonra birdəfəlik unudacaqlar.

Kiminsə ciyəri şişəcək yenə,

Qaraciyəriylə oynayacaqlar.

 

Mənim ölməyimi gözləyən dostlar,

çox çəkməz, sizi də sevindirərəm.

Kitab anbarında yatmaram daha,

Təptəzə bir torpaq evə köçərəm...

 

22 may, 2016

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
14 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018