Şah Qacar” 50-ci dəfə nümayiş olunub

 

Akademik Milli Dram Teatrında dövlət sifarişi ilə hazırlanan “Şah Qacar” tamaşası 50-ci dəfə nümayiş olunub. Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, Əməkdar İncəsənət Xadimi Əli Əmirlinin ““Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesi əsasında xalq artisti, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azər Paşa Nemətin hazırladığı iki hissəli faciənin elmi məsləhətçisi Çingiz Qacardır.

 

Səhnə əsərinin bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Vidadi Həsənovdur.

 

Tamaşada xalq artistləri Fuad Poladov (Şah Qacar), Laləzar Mustafayeva (Ceyran xanım), əməkdar artistlər Sabir Məmmədov (Sadıq xan), Məmməd Səfa (Kərim xan Zənd), Anar Heybətov (Cəfərqulu xan), Vidadi Həsənov (Şeyx Cəfər Tonkabuni), Mətləb Abdullayev (Məhəmməd Əli xan Bəylərbəyi), Kazım Abdullayev (Əli xan Cocuq), Ayşad Məmmədov (Axund Hacı Babək), Elşən Rüstəmov, aktyorlar Elnar Qarayev, Canəli Canəliyev, Samirə Xanlarova, Adil Dəmirov, Fəridə Əliyeva və başqaları iştirak edir.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017