Yalnızlığın ən kədərli 10 anı - SİYAHI

Yalqızlıq bir taledir. Bəziləri sona qədər  yalqız qalır. Amma hər insan yalqızlıq simfoniyasına dinləməyə məhkumdur.

 

Kulis.Az yalqızlığı ən dərin hiss etdirən on məqamı təqdim edir.

 

  1. Bir az komik misaldan başlayaq. Qarpız məsələsi. Anlamadınız? Deməli yalqız deyilsiniz. Amma yalqızlar bunu gözəl anlayır. Çünki yalqızlıq yarımçıq qarpızdır. Nə qədər kiçik olsa belə qarpızı tək adam sona qədər yeyə bilmir. Ona görə də qarpız almağa tərəddüd edərlər bəzən. Kim yeyəcəklər bu boyda qarpızı?! Soyuducudakı qoyulan yarımçıq qarpız şəkli-Yalqızlığın ən gözəl şəkli…

 

  1. Evə getmək! Hər gün etdiyimiz bu adi iş bəzən yalqızların qorxulu röyasına çevrilir. Evə girib işıqları yandırmaq. Sonra… Sonra şair demişkən, səni ayrılıq gözləyir. Söhbət eləməyə adam yoxdur. Sitkomlarda arxadan gələn gülüş effektlərinin niyə görə qoyulduğunu bilirsinizmi? Tək yaşayanların gülməsi üçün. İnsanlar tək olanda gülməyə həvəs göstərməzlər.  Özləri eşidib özləri gülməsinlər deyə. Yalqızlığı unutmaq üçün o effektə qoşulub gülərlər.

 

 

  1. Yatmaq… Yatağın bir tərəfi soyuqdur daima. Və o yer heç qızmır. Alimlər deyir ki, bir insan gündə üç dəfə oxşanmalıdır. Bu təkamül prosesindən bizə qalan bir vərdişdir. Bəs yalqızlar nə etsin? Heç nə…

 

 

  1. Ailəvi dəvətlər… Qarğa kimi baxacaqsan ora-bura. Ən pisi. Evə qayıdanda gördüklərini danışmağa, qeybət eləməyə adam yoxdu…

​​Image result for tənhalıq şəkilləri

 

  1. Mələfəni sərmək, yorğanın üzün dəyişmək… Tək alınmır, qardaş (ya da bacı). Yoxladıq, alınmır. Lap məişətin Dostoyevskisi ol. Yenə alınmayacaq. Mümkünsüzdür!

 

  1. Kürək qaşımaq deyib keçmə. Ayaq saxla, yolçu! Qollarımız təkamül edib. Düzdü. Yer üzündə ən güclü orqan insan əlidir. Təsəvvür et ki, bu əllə Roden “Mütəfəkkir” heykəli yaradıb. Amma ki, belin əl çatmayan yerləri var. Və qəribədir ki, yalqızlarda ən çox o yer qaşınır: “Neyləyim kürəyim qaşınır yenə; Görüm, təbiətin kor olsun gözü”… O selfi çubuğun hara qoymuşdun? Bunu düzəldən zalım nə bilsin ki, yalqızın ən gözəl aləti olacaq? İndi get, yolçu!

 

 

  1. Bizi seksizmdə ittiham edəcəklər. Əslində indiyənə qədər yazdıqlarımız hər iki cinsə aid idi. Amma sırf qadınlarla bağlı bir şey də yazaq. Arxadan seplə bağlanan paltarlar var ha… Kim olacaq paltarını bağlayan; Qardaşmı olacaq, yadmı olacaq; Bəlkə elə paltarını bağlayan; Ən çox ağrıtdığın kişi olacaq. Belə…

 

  1. Qrip! Çayı kim gətirəcək, dərmanı kim alacaq, üstünü kim basdıracaq? Səni kim müalicə edəcək, ay yazıq… Şair demişkən: “Gör nələr, gör nələr çəkdi bu adam…”

 

  1. Gecə evdən qəribə səslər gəlir. Ya məişət cihazlarının səsidir, ya hansısa bir canlı… Hər nəsə. Qorxu filmi düzəltməyək. Hamıda olan şeydir. Bəs yalqız bu anda kimin əlini tutacaq ki?!

 

 

  1. Diş fırçası sənə baxıb gülümsəyər. “Mənim yalqızlığıma son qoy” deyər. O da qoşalaşmaq istər. O da darıxar. Çox şişirtdik deyəsən. :) 

 

 

BONUS 1.

 

Hələ yenə yazardıq. Amma Yaxşısı budur ki, özünüz sevgili tapasınız. Bu dünya bir adama çoxdur.

 

BONUS 2

 

 

LENT

25 Mart 2017
24 Mart 2017
23 Mart 2017
21 Mart 2017
20 Mart 2017
19 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017
15 Mart 2017
14 Mart 2017