Yığmağa yer də yoxdur dadsız xatirələri – Mətləb Ağanın şeiri

 

Kulis.az Mətləb Ağanın şeirini təqdim edir.

 

Bu il də belə keçdi,

bir yaş da düşdük geri...

...yığmağa yer də yoxdur

dadsız xatirələri...

 

...indi durub özünə

deməyə nə sözün var?!

...hava da boz-bulanıq,

bizdən də duru kim var?!

 

...hər qarışda dirənir

dekabrın şaxtası...

...orda-bir soyuq evdə

yanır dörd sətir yazı:

 

“...maraqsızdı, bilirəm,

bu bitir, o başlayır...

...köhnə ssenaridə,

təzə kino başlayır...”

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018