Bu da müsabiqənin QALİBLƏRİ

 

Kulis.Az-ın Facebook səhifəsində elan etdiyimiz #bumənimhekayəm müsabiqəsi sosial mediada maraqla qarşılanıb, müsabiqəyə 600-dən artıq hekayə göndərilib.

 

Müsabiqə şərtlərinə cavab verən 282 hekayə Kulis.Az-ın Facebook səhifəsində yerləşdirilib.

 

Qaliblərin Facebookda ən çox bəyənilən hekayələr olmağı nəzərdə tutulan müsabiqədə çox təəssüf ki, bəzi istifadəçilər qeyri-real formada uğur qazanmağa çalışmışlar.

 

Kulis.Az-ın redaksiya heyəti mütəxəssislərlə birgə həmin neqativ halları aradan qaldıraraq (saat 13:00-a olan nəticələrə görə) qalibləri elan edir.

 

I Yer: Kəramət Böyükçöl: “Qəpik”

 

II Yer: Hacıağa Əliyev: “Minaya gələn ayaqlar”

 

III Yer: Hüseyn Bağırov: “Gözlənilməz zəng”

 

Kulis.Az müsabiqədə öz hekayələri və rəyləri ilə iştirak edən bütün iştirakçılara təşəkkür edir.

 

Müsabiqədən kənar, redaksiya heyətinin seçdiyi 30 ən yaxşı hekayə isə bu gün və sabah Kulis.Az saytında yayımlanacaq.

 

Qaliblərin mükafatlandırılma mərasimi yanvarın 10-da APA holdinqdə keçiriləcək.

 

LENT

29 Mart 2017
28 Mart 2017
27 Mart 2017
26 Mart 2017
25 Mart 2017
24 Mart 2017
23 Mart 2017
21 Mart 2017
20 Mart 2017