Hacıağa Əliyev: “Rafiq Tağıdan başqa heç kimin hekayəsini sevmirəm” – QALİBLƏR DANIŞIR

Kulis.Az #bumənimhekayəm müsabiqəsində ikinci yerin sahibi Hacıağa Əliyevlə müsahibəni təqdim edir.

 

- Deyəsən, yazdığın ilk hekayə idi... Ümumiyyətlə, davam edəcəksənmi yazmağa? Yoxsa bu sadəcə müsabiqə üçün yazılmış hekayə idi?

 

- Çox yazılarım var, davamlı yazacam, bu da Niyazi həkimin (atası – red.) başına gəlmiş hadisə idi. Sadəcə mən sırf Kulis.az üçün yazıram. Kulis.aza görə qoşulmuşdum ki, ədaləti göstərək insanlara, o da sayələrində elə hekayələrdə qaldı, reallığa keçid edə bilmədilər. Nə Gülüstanı, Nə Mustafası, Nə də Gitaristi...

 

- Birinci yeri tutan hekayəsi haqqında nə düşünürsən?

 

- Tolga Örnekin filmində belə bir sitat var idi: “Dostum, biz prensip olarak düşünmüyoruz.”

 

- Müsabiqənin laykla keçirilməsinə münasibətin necədir?

 

- Bir var səhifənin aktivliyi üçün özümüz cibimizdən pul verək, bir də var hekayə müsabiqəsi ilə Markın cibini dolduraq. Əla fikirdir.

 

- Hekayənin plagiat olmağı ilə bağlı iddialar vardı. Bu haqda nə deyə bilərsən?

 

- Fantom ağrılarla bağlı dünyada 250 kitab, məqalə mövcuddur. Mən Qarabağ müharibəsindəki fantom ağrılarla bağlı olmuş hadisəni yazdım.

 

- Müsabiqədə səni narahat edən hansı məqamlar vardı?

 

- Bot qoşulmaq var idi, o da çox narahat etmədi. Lakin, botla bağlı da siz açıqlama verməmişdiniz əvvəlcədən. Bunu da sizə qarşı istifadə eləmək olardı.

 

- Hansı hekayələrin üçlükdə yer almağını istəyərdin?

 

- Seçim etmək fikrim yoxdur, çoxu tanış idi.

 

- Çap olunan digər hekayələrdən hansıları bəyəndin?

 

- Bu ölkədə Rafiq Tağıdan başqa heç kimin hekayəsini sevmirəm, ona görə də seçim etməyəcəm.

 

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017