Hüseyn Bağırov: “Saxtalığa görə müsabiqədən gedirdim” - QALİBLƏR DANIŞIR

Kulis.Az #bumənimhekayəm müsabiqəsində üçüncü yerin sahibi Hüseyn Bağırovla müsahibəni təqdim edir.

 

- Hüseyn, təbrik edirik. Üçüncü yer oldun. Təəssüratlarını bölüşərdin.

 

- Çox gözəl hissdir. Sadəcə sevindim.

 

- Nə vaxtdan yazırsan? Bir neçə hekayən çap olunub deyəsən.

 

- Üç ildir yazıram. Amma son bir ildir dövri mətbuatda dərc olunuram. Bəli, bir neçə esse və hekayələrim dərc olunub.

 

- Müsabiqənin nəticələrindən razı qaldın?

 

- Saxtakarlıqla like toplayanlar müsabiqədən uzaqlaşdırılandan sonra çox razı qaldım.

 

- Sənin hekayənin zəif olduğunu deyirdilər. İradlara münasibətin necədir?

 

- Düz deyirlər. Bir az zəif idi. Çünki o hekayəni tez-tələsik metroda yazıb göndərdim. Amma səmimi hekayə idi. Olmuş hadisədən yazanda səmimi görünür. Bir az zəif yazmağımla uduzmuşamsa, səmimi olmağımla qazanmışam.

 

- Müsabiqənin laykla keçirilməsindən razı qaldın?

 

- Buna bir qədər tənqidi yanaşacam. Ədəbiyyat like sayı ilə ölçülməli deyil. Kulis ölkənin ən tanınmış ədəbiyyat portalıdır. Kulisin belə şeylərə getməsi bir az düzgün deyil.

 

- Müsabiqədə səni narahat edən hansı məqamlar

vardı?

 

- Bəli, hətta yazmışdım ki, saxta like toplayanlara görə müsabiqədən imtina edəcəm. Amma artıq onlar uzaqlaşdırılandan sonra məsələ çözüldü və məni narahat edəcək heç bir səbəb qalmadı.

 

- Hansı hekayələrin üçlükdə yer almağını istəyərdin?

 

- İnsanlar layiq bildiyi hekayələri seçiblər yəqin. Bir söz deyə bilmərəm.

 

- Çap olunan digər hekayələrdən hansıları bəyəndin? Hansı ki onlar az layk toplamışdı...

 

- Çinarə Ömrayın, Çinarə Böyükçölün hekayələri əla idi. Deyəsən, Çinarələr ədəbiyyat üçün yaranırlar.

 

LENT

25 Fevral 2017
24 Fevral 2017
23 Fevral 2017
22 Fevral 2017
21 Fevral 2017
20 Fevral 2017