Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olacaq

 

Xalq şairi Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olacaq. Bu barədə APA-ya xalq şairinin oğlu Bəhlul Yaqubov məlumat verib.

 

Onun sözlərinə görə, yanvarın 9-da saat 11:00-da I Fəxri Xiyabanda Z. Yaqubun məzarı başında şairin xatirəsi anılacaq, mədəniyyət və ədəbiyyat xadimləri, ziyalılar şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışacaq, onun Azərbaycan şeirindəki yerindən bəhs edəcəklər.

 

Xatirə tədbiri akademik Rafael Hüseynovun aparıcılığı ilə baş tutacaq. Abidənin açılışından sonra Təzəpir məscidində mərhum xalq şairi ruhuna ehsan süfrəsi açılacaq.  

 

Qeyd edək ki, dekabrın 30-da I Fəxri xiyabanda Z. Yaqubun məzarı üstündə abidəsi ucaldılıb. Abidənin müəllifi, xalq rəssamı Natiq Əliyev, memarı Tərlan Həsənovdur.

 

Z. Yaqub 2016-cı il yanvarın 9-da dünyasını dəyişib. Xalq şairi uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 1950-ci il yanvarın 21-də Bolnisi rayonunun Kəpənəkçi kəndində dünyaya gəlib. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2008-ci il avqustun 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

 

 

LENT

23 Mart 2017
21 Mart 2017
20 Mart 2017
19 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017
15 Mart 2017
14 Mart 2017
13 Mart 2017