Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olub

Xalq şairi Zəlimxan Yaqubun ölümünün ildönümündə məzarüstü abidəsinin açılışı olub.

 

APA-nın məlumatına görə, mərasimdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, xalq şairi Fikrət Qoca, millət vəkili Rəfael Hüseynov və şairin ailə üzvləri iştirak edib.

 

Mərasimdə çıxış edən Rəfael Hüseynov Zəlimxan Yaqubun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıb. O qeyd edib ki, Z. Yaqub böyük şair və vətənpərvər insan olub: “Zəlimxan Yaqub bu gün abidəyə çevrilərək Azərbaycana və Azərbaycan ədəbiyyatına qayıtdı. O, böyük şair olmaqla bərabər, həm də xalqını və millətini sevən böyük insan idi”.

 

Professor Qəzənfər Paşayev, millət vəkili Nizami Cəfərov Zəlimxan Yaqubun “Peyğəmbər”, “Əbədiyyət Dastanı”, “Saz” poemalarının ədəbi dəyərindən danışıb, onu müstəsna şəxsiyyət kimi dəyərləndiriblər. 

 

LENT

23 Mart 2017
21 Mart 2017
20 Mart 2017
19 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017
15 Mart 2017
14 Mart 2017
13 Mart 2017