Sən başıma gələn ən böyük dərdsən- UNUDULMAZ SİTATLAR

 

Kulis.az rus yazıçısı Sergey Dovlatovun “Qoruq” (Заповедник) romanından maraqlı hissələri təqdim edir.

 

(Seks əsnasındakı dialoq)

 

- Çox qışqırırsan, Mişa oyanacaq.

 

- Nə edə bilərəm ki?

 

- Dəxilsiz şeyləri fikirləş. Mən həmişə dərdlərimi yadıma salıram. Borclarımı, xəstəliklərimi, yazılarımın çap olunmamağını...

 

- Mən də səni düşünürəm. Sən mənim başıma gələn ən böyük dərdsən.

 

 

***

 

Dahilərin də dostları var. Amma kim dostunun dahi olduğuna inanır ki?

 

 

***

 

Başa düşürəm, xəstə, iflic anana daha çox acıyar, onu daha çox sevərsən. Amma onun ağrılarından həzz almaq, bunları estetik formada ifadə etmək alçaqlıqdır.

 

 

***

 

- Bu Markov kimdir?

 

- Fotoqrafdır, əyyaşın biridir. Sizi tanış eləyərəm. Mənə “Ağdam” içməyi öyrədib. Əla bir şeydi. Sizə də öyrədər.

 

 

***

 

- Şəxsən mən yəhudilərə hörmət edirəm.

 

- Amma onlar İsanı çarmıxa çəkiblər.

 

- Bu lap çoxdan olub. İnqilabdan əvvəl.

 

 

***

 

- Mişa, arvadını sevirdin?

 

- Onu niyə sevim ki? İş tapdı və məni atıb getdi.

 

- Onda səni cəlb eləyən nə idi?

 

Mixail İvanoviç uzun-uzun düşündü.

 

- Səssiz, tırtıl kimi yatırdı.

 

 

***

 

Qalina soruşdu:

 

- Yatırdınız?

 

Həyəcanla “yox” dedim. Bu suala insanların həyəcanla cavab verdiyini çoxdan müşahidə edirəm. Bir adama “əyyaşlıq edirsən” deyə soruşsan adam sakitcə “yox” deyəcək. Bəlkə də həvəslə “hə” deyər. Amma “yatırdın” sualını insanlar sanki özlərinə təhqir hesab edərək narahat olurlar. Elə bil cinayət başında tutulublar.

 

 

***

 

Muzeydə ən təhsilli turistlər riqalılar idi. Heç nə danışmadan başlarını yelləyib gülümsəyirdilər. Sual versələr də, ferma ilə bağlı suallar verirdilər. “Puşkinin neçə kəndlisi var idi?” “Mixailovski nə qədər gəlir gətirirdi?” “Bu ev neçəyə başa gəlib?”

 

Qafqazlılar isə adətən dinləmirdilər, heyranlıqla yoldakı qoyunlara tamaşa edirdilər. Yəqin ki, qoyunları şişdə kabab kimi görürdülər. Sualları isə son dərəcə gözlənilməz idi: “Puşkinin Lermontovla duelinin səbəbi nə idi?”

 

 

***

 

İl yarım əvvəl boşanmışdıq. Bir il sonra yenidən görüşdük. Qızımız xəstələnmişdi və Tanya mənim yanıma köçdü. Bu artıq eşq deyil, alın yazısı idi.

 

 

***

 

- Keçən dəfə rəssamlardan biri özünü asdı. Adı Balıq idi. Onu belə çağırırdılar.

 

- Aman Allah, niyə?

 

- Balıq 30 yaşı keçmişdi, rəsmlərini alan yox idi.

 

- Rəsmləri gözəl idi?

 

- Elə də yox. İndi korrektor işləyir.

 

- Kim?

 

- Balıq. Onu xilas elədilər. Qonşusu ondan siqaret almağa gəlibmiş.

 

 

***

 

Yaxşı adamı sevmək maraqlı deyil. Qəribə dövrdə yaşayırıq. Yaxşı adam sözü qulağımıza söyüş kimi gəlir. Heç bir əhəmiyyəti olmayan bir nişanlıdan “Amma o yaxşı adamdır” deyə danışırıq.

 

 

***

 

- Leninqradda təzə nə var?

 

- Bəziləri mühacirətə getməyə hazırlaşır, digərləri isə onlara nifrət edir.

 

 

***

 

- Arvadımı Leninqrada yola salmaq istəyirəm.

 

- Mən səni çox yaxşı başa düşürəm. Arvadım olsaydı onu Kamçatkaya göndərərdim. Ya da Tereşkovanın yerinə kosmosa...

 

 

***

 

Xatırlayıram, ona bir dəfə belə demişdim: “Sabah sifətinə yaraşır”

 

LENT

23 Yanvar 2017
21 Yanvar 2017
20 Yanvar 2017
19 Yanvar 2017
18 Yanvar 2017
17 Yanvar 2017
16 Yanvar 2017
15 Yanvar 2017
14 Yanvar 2017