Aya çıxmaq üçün nərdivan axtaran alim

Kulis.az Elnarə Ağaoğlunun tərcüməsində Sunay Akının “Bir cüt ayaqqabı” kitabından “Ayaqqabı dolab”ı yazısını təqdim edir.

 

Fotoda görünən iki gənc insanın ortasındakı yaşlı adamın adı Orvill Raytdır. 77 yaşındakı Raytın solunda 18 yaşındakı Neil Armstron, sağ tərəfində də bığ yeri təzə-təzə tərləyən 14 yaşındakı Yuri Qaqarin dayanıb.

 

Yuri Qaqarin və Neil Armstronq aralarında dayanmış bu yaşlı adamla şəkil çəkdirdikləri üçün çox xoşbəxtdirlər. Çünki Orvill Rayt 1903-cü ildə öz düzəltdiyi təyyarə ilə sabit qanadlı və motorlu ilk uçuşu həyata keçirən pilotdur. Rayt ona heyran olan və yanında iki qanad kimi duran bu cavanlardan birinin 1961-ci ildə kosmosa, o birinin isə 1969-cu ildə Aya addım atacaqlarından xəbərsiz fotonun çəkildiyi 1948-ci ildə dünyasını dəyişəcəkdi...

 

İlk təyyarəni düzəldən Orvill Rayt kosmosa uçan ilk insan olan Yuri Qaqarin və Aya ilk addım atan Neil Armstronq tam 14 il üstündə yaşadıqları planetin torpağında gəzmiş, havasını udmuş və suyunu içmişlər. Məsələ burasındadır ki, həyatları boyunca görüşməyiblər, dolayısı ilə də bəhs etdiyimiz şəkli çəkdirməyiblər! Ancaq belə bir foto olsaydı, tarix boyunca çəkilən o qədər foto arasında ən gözəli və ən mənalısı olardı...

 

 

Orvill Raytın təyyarəsi ilə yerdən ancaq 45 santimetr yüksəldiyi tarix ilə Neil Armstronqun Ayda buraxdığı ayaq izi arasındakı zaman dilimi 66 ildir. Uçuş tarixinin 3 ən vacib hadisəsinə imza atan Rayt Qaqarin və Armstronqun eyni fotoda yer alabilmə ehtimalını düşünməyimizə imkan yaradan elmin ağlagəlməz sürətidir. Elm, motorla cihazla insanın ilk uçuşuna, kosmosa ilk çıxışına və Ayda ilk dəfə addım atmağına şahid olmağı, milyonlarla insanın həyatına sığdırmağı bacarmışdır. Bütün bunlar baş verdiyi zaman Ayda yeriyən ilk insan Neil Armstronq o tarixi gündən xatirə olaraq qalan yeganə fotonun özünün şəkil albomunda yer almasını tamamilə təsadüfə borcludur!

 

20 İyul 1969-cı il günü, Ayda çəkilən fotolarda poz verən avstronaft Neil Armstronq deyil, onun Aya addım atan ilk insan olmaq ünvanını əldə etməsinin ardından kosmik gəmidən çıxan Edvin Yucin Oldrindir. NASA həyata keçirdiyi təlimlər zamanı Oldrinə Ayda Armstronqun fotosunu çəkmək tapşırığını verməyi unudur. Buna görə də Armstronqun Ayda göründüyünü təsdiq edən sadəcə bir foto var. Bəhs etdiyimiz həmin fotoda Armstronq Ay modulunun kənarında işləyərkən təsadüfən çəkilmişdir və arxası kameraya tərəfdir!

 

Neil Armstronq Ayda insanlıq tarixinin o ən önəmli addımını atmaq üçün nərdivandan düşmüşdü. Sivilizasiya tarixi boyu bu qədər kəşf, bu qədər icad edən insanın Aya yetişmək üçün nərdivana ehtiyacının olması elm tarixinin qəribəliklərindən biridir. 1900-cü illərin kosmos haqqında məlumatları Aya yetişmək üçün bəs etməmiş, araya nərdivan qoyulmuşdur. Halbuki o illərdə dünyada artıq hərəkətli pilləkən – eskalator məlum idi. Armstronqu Aya qovuşduran nərdivan heç olmasa əsrimizə uyğun olsun deyə eskalator və ya kiçik bir lift şəklində də düzəldilə bilərdi!

 

 

Şikayətçi olmayaq! Çünki Neil Armstronq insan ağlının ən qədim icadlarından biri olan nərdivan yerinə bir kəndirin müəyyən məsafələrlə düyünlənən buğumlarına ayağını qoyaraq da Aya düşə bilərdi. Unutmayaq ki, 1964-cü ildə Ay modulunu hazırlayan Grumman Corporation firmasında avstranavtların düyünlü kəndir vasitəsilə Aya addım atacaqları mövzunsunda işlər görülmüşdü. Modulun qapısına avstranavtların pillələrdən Aya düşməkləri üçün nərdivan əlavə etmək sonradan ağıllarına gəlmişdi.

 

Bütün dünya bir insanın Aya atdığı ilk addım və o addımın fotosu barədə danışır. Halbuki Armstronqun dünyaya qayıtmaq üçün -212 C ilə +177 C arası hərarətə dayanıqlı, 30 min dollar dəyərindəki 43.5 ölçülü ayaqqabısı ilə Ayda buraxdığı sonuncu ayaq izi də ən azı ilk iz qədər haqqında danışmağa layiqdir.

 

Armstronq qayıdarkən araşdırma aparmaq üçün Ay daşları toplayır. Məsələ burasındadır ki, bu daş nümunələrinin çəkisi Dünyaya qayıdış yolunda böyük əngəl yaradır. Armstronq kosmik gəminin tarazlığını qorumaq üçün özü ilə götürdüyü daşlara qarşılıq olaraq ayaqqabılarını çıxararaq Ayda qoyur!

 

 

Ayda təkcə Armstronqun ayaq izi deyil, o izi buraxan 43.5 olçülü ayaqqabıları da qalır. Bu məlumatın işığı altında deyə bilərik ki, Neil Armstronq amerikalı ola bilər, amma evinə, yəni dünyaya qayıdarkən bir türk kimi davranaraq ayaqqabılarını qapıda çıxarmışdır. Armstronqun açdığı yoldan gedən doqquz avstranavt da özləri ilə götürdükləri daşların ağırlığını tarazlaşdırmaq üçün eyni hərəkəti etmiş və çəkmələrini çıxararaq Ayda qoyub gəlmişlər.

 

Bu qədər sənət əsərindəki romantizmi məhv etmək istəmirəm, amma Dünyanın giriş qapısındakı Ay elə bil ki, ayaqqabı dolabıdır!

LENT

29 May 2017
28 May 2017
27 May 2017
26 May 2017
25 May 2017
24 May 2017