Əməkdar artist dünyasını dəyişdi

 

Əməkdar artist Kübra Dadaşova vəfat edib. Bu barədə Kulis.aza aktyor Nofəl Vəliyev məlumat verib.

 

O, uzun müddət şəkər xəstəliyindən əziyyət çəkirdi. Dünən əməliyyat olunan aktrisa ayılandan sonra komaya düşüb, bu gün axşam saatlarında vəfat edib.

 

Kübra Dadaşova 31 avqust 1957-ci ildə doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə hələ tələbə ikən – 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb. 16 may 2006-cı ildən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.

 

O, teatr tamaşaları ilə yanaşı “Qəzəlxan”, “Yaramaz”, “Yuxu”, “Zirzəmi” və başqa filmlərdə oynayıb.

 

Kübra Dadaşova Əməkdar artist Məmmədağa Dadaşovun qızıdır. 

 

Allah rəhmət eləsin. 

LENT

24 Oktyabr 2017
23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017