Psixiatr sevgililər

Sevinc Əhmədova

 

Nərgizlə Rasim xəstəxananın ən hörmətli  psixiatrlarından idi. Onların sevgi macərası xeyli vaxt idi ki, xəstəxanada dedi-qoduya səbəb olmuşdu. Bu xəbər hətta baş həkimin qulağına da çatmışdı. Rasimin heç vecinə də deyildi, Nərgiz hərdən iradını bildirsə də əslində o da hisləriylə bacarmırdı. Ərinnən ayrılalı 7-8 il olsa da, ilk dəfəydi ki, həkim yoldaşına inanıb, güvənib özünə yaxın buraxmışdı. Rasim həkim, pasient olmayan kimi fürsətdən istifadə edib, Nərgizə  zəng edərdi:

 

- Doktor, zəhmət olmasa otağıma gəlin.

 

Nərgizin əlində nə işi olur olsun, tez üst başını səliqəyə salıb, sevimli ətiriylə ətirlənib, Rasim həkimin otağına qaçırdı. Qapının arxası bağlanır, gənc aşiqlər kimi bir-birlərinə sarılardılar... Uzun-uzadı öpüşər, bir-birindən qopmazdılar. Rasim ehtiraslanıb "həddini" aşmaq  istəyəndə  Nərgiz tez uzaqlaşar, özünü səliqəyə salıb, otaqdan çıxardı...

 

Rasim hər dəfə gileylənərdi:

 

- Axı biz uşaq deyilik, 52 yaş sənin, 48 yaş da mənimdir, evlənməməyə heç bir əngəl yoxdur, daha nə gözləyirsən, qalan ömrümüzü bir yerdə yaşayaq...

 

Rasimin həyat yoldaşı qan xərçəngindən vəfat etmişdi, onların 2 uşağına dayə baxırdı. Anası israr etsə də evlənmirdi.

Nərgiz xanım isə heç cür razı olmurdu, onun planları başqaydı. Almaniyada təcrübədə olduğu hospitaldan  işləmək təklifi almışdı və bu artıq rəsmi məktub şəkilində də  gəlmişdi. Nərgiz  sənədlərini hazırlayırdı, gizlincə, hər şey hazır olan kimi, gözünün ağı-qarası 14 yaşlı qızını da götürüb gedəcəkdi buralardan. Bilirdi ki, Rasim bilsə əngəl olacaq, Nərgiz də müqavimət göstərə bilməyəcək.

 

Həmin gün xəstəxanada olanlar Nərgizin qərarını tezləşdirdi. Rasim:

 

- Alo, Nərgiz xanım zəhmət olmasa otağıma gəlin...

 

Nərgiz otağa girən kimi, Rasim min ilin həsrətlisi kimi Nərgizə sarıldı, öpüşlərə qərq elədi, saçlarını, üz-gözünü... xalatın düymələrini açdı, əlləri sinəsində gəzdi... Nərgiz süstləşmişdi, müqavimət göstərəcək halda deyildi, müvazinətsiz halda Rasimin boyun-boğazını öpür, hərdən də yavaşca, "yoox, yox" deyə bilirdi, özünü təslim etmişdi... Onlar artıq kuşetkanın üstündə çılpaq vəziyyətdə sevişirdilər... Nə xəstəxanada olduqları yada düşdü, nə pasientlər... Qapının açılması belə veclərinə deyildi, onlar öz aləmində, baş həkim də şaşqın halda gah, otağın küncünə atılmış ağ həkim xalatlarına, gah da ehtirasın məngənəsində boğulan həkimlərə baxırdı... Qapının bərk çırpılması onları sanki ayıltdı, baş həkimin arxasınca baxa-baxa, tez geyinməyə başladılar, susurdular, deyəcək söz yoxuydu, olan olmuşdu, qapının arxasını bağlamağı unutmuşdular...

 

Nərgiz sürətlə otağına keçdi, artıq burda qala bilməzdi, əşyalarını toplayıb otağa təkrar göz gəzdirdi, uzun illər işlədiyi iş otağıyla sakitcə baxışlarıyla vidalaşdı...

 

Səhəri gün Nərgizin işə gəlməməyini Rasim başa düşürdü, "bu gün özünə gəlsin, yəqin sabah gələr", gəlməsə zəng edərəm... Nərgiz hər söz-söhbət danışıldığını deyəndə, Rasim "qoy bizim sevgimizdən danışsınlar, heç olmasa xəstəxanada ürək açan bir mövzu olmalıdı ya yox" deyib onun könlünü almağa çalışırdı.

Rasim həkim bilirdi ki, səhər həkimlərin "5 dəqiqəlik" , əslində isə az qala yarım saat davam edən iclasında baş həkim Rüstəmov, dünən olanlara görə onu danlayacaq. Artıq xəstəxanada hər kəs bilirdi olanları, bütün işçilər yığışmışdı, Rüstəmov əsəbi görkəm alıb sözə başladı:

 

- Min dəfə demişəm ki, xəstəxana hamımızın ikinci evidir, buranın şərəfini qorumaq hər...

 

- Bəyəm biz evimizdə sevişmirik, - Əziz yerində mızıldandı... hamı başını aşağı salıb gülüşünü baş həkimnən gizləməyə çalışırdı...

 

Rüstəmov:

 

- Sən hamıdan kiçiksən, sənə söz düşmür. Siz Hippokrat andı içmisiniz, vicdanlı olmağa..

 

- Hippokrat bəyəm sevişməyə qadağa qoyurdu...? - Əziz yenə yerinnən mızıldandı...

 

Rüstəmov:

 

- İşdən çıxartmıram bu dəfə, töhmət veriləcək ikisinə də... – uzun-uzadı danışıqdan sonra gəldiyi qərarı açıqladı.

 

Əziz yenə özünü saxlaya bilmədi:

 

- Sevginin də töhməti olarmış..

 

Rasimin töhmət zad vecinə deyildi, fikri Nərgizin yanındaydı, "görəsən məni bağışlayacaqmı". Səhəri gün də gəlmiyəndə, Nərgizə zəng elədi, zəng çatmadı. Bir neçə gün sonra Rasimə zəng gəldi...

 

- Rasim, mən indi çox uzaqlardayam, məni bağışla, səni sevirəm... dud dud duud...

LENT

19 Fevral 2017
18 Fevral 2017
17 Fevral 2017
16 Fevral 2017
15 Fevral 2017
14 Fevral 2017
13 Fevral 2017