Fransanın birinci şəxsindən MƏŞHUR DEYİMLƏR

217 il əvvəlin bu günü, yəni 19 fevral 1800-cü il tarixdə gələcək fateh Napoelon Bonapart özünü Fransanın birinci şəxsi eran edib. Kulis.az Napoleonun tarixdən silinməyən məşhur deyimlərindən bir neçəsini təqdim edir.    

 

- Ağıl insanın düşdüyü vəziyyətdən üstün olmalıdır ki, onu qurtara bilsin.

 

- Əgər dünya tək bir ölkə olsaydı, paytaxtı İstanbul olardı.

 

- Başlamaq lazımdır, sonrasına baxarıq.

 

- Dərd və çətinliklər insanın iradəsini möhkəmləndirir.

 

- Böyük şəxsiyyətlə gülünc şəxsiyyət arasında bir addım yol var.

 

- Ancaq həqiqət təhqiredicidir.

 

- Döyüşərək ölmək qəhrəmanların, intihar etmək qorxaqların imtiyazıdır.

 

- Dünyada təqlid edilməyən tək şey cəsarətdir.

 

- Gözəl bir qadın gözə, yaxşı bir qadın qəlbə xoş gələr. Birincisi qızıl, ikincisi isə xəzinədir.

 

- İki şey dünyaya hökm edər; biri qılınc, digəri düşüncə. Qılınc, sonunda düşüncəyə məğlub olar.

 

- Feodalizm quruluşunu top yıxdı, müasir quruluşu isə qələm yıxacaq.

 

- Analar bir əlləriylə uşağını, digər əli ilə dünyanı yelləyərlər.

 

- Az bilib çox danışan, bədxərclik edən yoxsula bənzər.

 

- Ən gözəl savaş insanın öz varlığına və asılı olduqlarına qarşı olan savaşdır.

 

- Aslanın rəhbərlik etdiyi qoyunlar ordusu, qoyunun rəhbərlik etdiyi aslanlar ordusundan güclüdür. 

 

- Ən qorxulu an zəfər anıdır.

 

- Əsgərdən ilk növbədə dözüm və səbr tələb olunur, cəsarət bundan sonra gəlir.

 

- Güc heç vaxt gülməli olmur.

 

- Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir.

 

- Güc ortaya çıxınca qanunlar zəifləyər.

 

- Həqiqət çox güclü olduğu üçün hər yerdə özünü qəbul etdirə bilir.

 

- Hər kəs özündə olmayanlar üçün mübarizə aparar.

 

- İnsan öz səbr və dözümüylə tauna da qalib gələ bilər.

 

- Ümid ilə ümüdsüzlüyün arası bir addımdır.

 

- Yoxuşa qalxanda dayanmaq olur, yenişdə mümkün deyil.

 

- Zəfər iradədən ibarətdir.

 

- İnsanı ancaq iki şeylə yerindən tərpətmək olar - qorxu və şəxsi maraq.

 

- İnsanı yaralayan tək şey həqiqətdir.

 

- Kəndli yaddaşı sərkərdə biliyindən üstündür.

 

- İnsanı ucaldan iki şey var: qorxu və maraq.

 

- Qazandıqlarımın hər birini cəsarətimə və çalışqanlığıma borcluyam.

 

- Məğlubiyyətin üzünə gülə bilsən, deməli, cəsursan.

 

- Qoşununu yedirmək istəməyən xalq az keçməz ki, yadları yedirməyə məcbur olar.

 

- Mənə türklərdən ibarət bir ordu verin, sizə dünyanı fəth edim.

 

- Mümkün deyil ifadəsi axmaqların lüğətindən götürülüb.

 

- Ölüm heç bir şeydir, amma məğlub və şərəfsiz yaşamaq hər gün ölməkdir.

 

- Siyasət qılıncdan güclüdür.

 

- Süngüylə hər şey eləmək olar, bircə onun üstünə oturmaq olmaz.

 

- Uğurlarım gəncliyimdəki xəyallarımın məhsuludur.

 

- Xərçəmng insanın içinə sirayət eləmiş məğlubiyyətdir.

 

LENT

26 İyun 2017
25 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017