Mikayıl Müşfiqin heykəlini sökdülər - YENİLƏNİB

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Qafqazinfo”ya açıqlamasında büstün anbarda saxlanıldığını söyləyib:

 

“Prezidentin sərəncamına əsasən, “Təzə Pir” məscidi və Fizuli meydanına gedən yolda yenidənqurma işləri həyata keçiriləcək. O cümlədən, Statistika dairəsi adlanan ərazidə də bu işlərə start verilib. Həmin işlər görülən zaman Mikayıl Müşviqin büstünə ziyan dəyməsin deyə götürülüb, anbarda saxlanılır. İş bitdikdən sonra yenidən həmin əraziyə qaytarılacaq və həmçinin, ərazidə geniş park da salınacaq”.

 

*** 

 

 

“Azəryolservis” ASC Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin Bakıdakı abidəsi dağıdılıb.

 

Kulis.Azın virtualaz.org-a istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbəri Zakir Sultanov məlumat verib.

 

Bundan başqa, fakt Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qadağalara baxmayaraq törədilib.

 

“Abidəni hər hansı icazə olmadan dağıdıblar. Bu hiddət doğuran hadisə ilə əlaqədar biz məhkəmə instansiyalarına müraciət etmək niyyətindəyik” - deyə o vurğulayıb.

 

 

LENT

28 Mart 2017
27 Mart 2017
26 Mart 2017
25 Mart 2017
24 Mart 2017
23 Mart 2017
21 Mart 2017
20 Mart 2017
19 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017
15 Mart 2017