“Oskar”da qalib olan filmlər nədən bəhs edir?

2017-ci ildə təqdim olunan 89-cu “Oskar” mükafatının qalibləri bəlli oldu.

 

Ən yaxşı film nominasiyasının qalibi Barri Jenksin “Ay işığı” filmidir. Film Tarel Elvin Makkerninin pyesi əsasında çəkilib.

 

 

“Ay işığı” filmi narkotik və pulun çirkləndirdiyi Mayamidə yaşayan bir adamın uşaqlıq, yeniyetməlik və gənclik dövrünü işıqlandırır. Həqiqətin harda olmasını axtaran bu insan ailəsi və dostları ilə qarşı-qarşıya gəlir. Seçim edib öz yolunu tapmalıdır.

 

Image result for “Forushande” film

Ən yaxşı əcnəbi film nominasiyasının qalibi Əsgər Fərhadinin “Satıcı” (“Forushande”) filmidir. Artur Millerin “Satıcının ölümü” pyesində oynayan Rəna və Emad Tehranın mərkəzində yeni bir mənzilə köçürlər. Ancaq Rəna mənzilin köhnə kirayəçisi ilə problem yaşayır. Evin əvvəlki kirayəçisi ilə bağlı dedi-qodu dolaşmaqdadır. Bir gecə tanımadığı kişi tərəfindən Rəna hücuma uğrayır. Qadın işin üstünü açmaq istəməsə də, Emad məsələni çözməyə qərar verir. Aralarındakı bu anlaşılmazlıq münasibətlərinə xətər yetirir.

 

“Oskar” mükafatının 14 nominasiyasında yarışan “Aşiqlər şəhəri” filmi 6 nominasiyada yer tutdu.

 

 

Demyen Şazelin “Aşiqlər şəhəri” (“La La Lend”) filmi 2016-cı ildə çəkilmiş romantik komediya filmidir. Los Ancelesdə təsadüfən rastlaşan caz musiqiçisi və aktrisanın sonradan böyük məhəbbətə çevrilən görüşü... Film onların möhtəşəm sevgisindən bəhs edir. “Aşiqlər şəhəri” həm hadisələrin baş verdiyi şəhərə, həm də reallıqdan uzaq anlamlı idioma işarədir.

 

8 nominasiyada yarışan “Gəliş” (“Arrival”) filmi yalnız birində - Ən yaxşı səs montajı nominasiyasında yer tutdu.

 

Image result for “Arrival” film

 

Deni Vilnevin “Gəliş”  fantastik filmi amerikan yazıçı Teda Janın “Sənin həyatının tarixçəsi” adlı hekayəsi əsasında çəkilib.  Dünyanın 12 fərqli bölgəsində ortaya çıxmış və elmə məlum olmayan irihəcmli obyektlərin araşdırmasından bəhs edən film tamaşaçını labirintə salır. Kosmosdakıların dünyanı işğal etdiklərini düşünən əhali təşvişə düşür. Bütün bu olub-bitəni laqeyd qarşılayan linqvist Luis Banks günlərin birində universitetə gəlir və heç nə olmayıbmış kimi otağına çəkilir. Əsgərlərdən biri kosmosdakıların səsini Luisə qulaq asdıranda professor məsələnin ciddiliyini başa düşür. Bu səsi araşdırmağı üçün Luisi işə cəlb edirlər. Daha sonra ona kömək üçün bir astrofizik də verilir. Astrofiziklə linqvist kosmosdan gələnlərə “Bura nə üçün gəlmisiniz” sualını vermək üçün dəridən-qabıqdan çıxırlar.

 

 

6 nominasiyada yarışan və iki nominasiyada (“Ən yaxşı ssenari”, “Ən yaxşı aktyor”) yer tutan “Dənizkənarı Mançester” (“Manchester by the Sea”) filminin rejissoru amerikan rejissor Kennet Loneqrandır. Baş rol ifaçısı Keysi Afflek “Ən yaxşı aktyor” nominasiyasının qalibi olub. Sakit və çəkingən Le Çandler bir gün ailə dostu Georgenin telefon zəngindən qardaşının infarkt keçirdiyini öyrənir. Xəstəxanaya gedən Le daha sonra qardaşının George tərəfindən öldürüldüyünü öyrənir.

 

Image result for “Hacksaw Ridge” film

 

“Dənizkənarı Mançester” filmi kimi 6 nominasiyada yarışan və iki nominasiyada qalib olan bir digər film isə Mel Gibsonun “Vicdan ölçüsü” (“Hacksaw Ridge”) filmidir. İkinci dünya müharibəsinə işıq salan film həm də bir eşq hekayəsini ekranlara gətirir. Yaralı bir adamı xəstəxanaya gətirən Desmond Doss tibb bacısına aşiq olur. Tibb bacısı da onun sevgisinə qarşılıq verir. İkinci Dünya Müharibəsi başlayanda o da döyüşə yollanır. Fiziki baxımdan güclü olsa da Desmond əlinə tüfəng almağı rədd edir. Evlənməyə niyyətli olan Desmond əmrə qarşı çıxdığı üçün həbs olunur.

 

Image result for “The White Helmets” film

 

Ən yaxşı sənədli film nominasiyasında “Ağ dəbilqələr” (“The White Helmets”) qalib oldu. Orlando fon Aynsidelin rejissor olduğu film 2016-cı ildə çəkilib. Sənədli film Suriya könüllülərinin dağıntılar arasında qalmış qurbanları xilas etmələrindən bəhs edir.

 

Image result for “Zootopia” film

 

Ən yaxşı animasiya filmi “Zveropolis” (“Zootopia”) oldu. “Walt Disney Pictures”in istehsalı olan bu animasiya filmi 2016-cı ildə ekranlara çıxıb. Film Ceyms Bond kimi bir agentin macəralarından bəhs edir.

 

LENT

23 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017