Sərçələri də alıb gedib kimsə

 

Fidan Seyidova

 

Uşaq gülüşlərinin arxasında gizlidir

xəyallar ölkəsinin son xəzinələri.

“Kim yatmış, kim oyaq” deyən divi

aldada biləcəyini düşünməkdir

bəlkə də, dünyanın anlamı.

Ya da kağızdan düzəldilmiş “gəmi”lərin

Bosfor boğazını keçə biləcəyini düşünmək...

Ağaclarım sırılsıklam çiçək açmasına nə deyək?

Köksümdə nə olduğu bəlli olmayan çırpıntımı yoxsa yaşamaq?

Offff...

Nədir axı bu sıxıntılar?

Nədir axı bu suallar?

Şeir yazmaq istəsəm

misralar uzaq durur isti ölkələrdən

gəlmiş quşlar kimi.

Axı qışdır, həm də soyuq.

Sərçələri də alıb gedib kimsə.

Bəlkə, sənsən elə o?

Di gəl.

LENT

29 May 2017
28 May 2017
27 May 2017
26 May 2017
25 May 2017
24 May 2017