Akif Əliyə həsr edilmiş kitab çap olundu

Vaqif Yusiflinin “Akif ƏLİ. Söz adamı” adlı yeni kitabı çap olunub. Kulis.Azın verdiyi məlumata görə, kitab əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Akif Əlinin yaradıcılığına həsr edilib.

 

Müəllif Azərbaycan ziyalısının keçdiyi zəngin ömür yoluna nəzər salaraq, onun çoxşaxəli elmi-ədəbi yaradıcılıq fəaliyyətini tədqiq edib. Vaqif Yusifli qəhrəmanının jurnalistlik fəaliyyətindən, ədəbi-tənqidi məqalələrindən, elmi axtarışlarından, roman, hekayə və esselərindən söz açır.

 

Akif Əlinin 1990-93-cü illərdəki qəzetçilik fəaliyyəti, Azərbaycan gerçəkliyinin müxtəlif problemlərini əhatə edən publisistik məqalələri, Heydər Əliyevin Azərbaycan dövlətinin qurucusu kimi zəhmətindən bəhs edən düşüncələri kitabın ən maraqlı fəsillərindəndir. Xüsusən Akif Əlinin zəngin illüstrasiyalı “Böyük ömrün anları” kitabından ətraflı bəhs edən müəllif Türk dünyasının iki dahi lideri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin Vətən naminə göstərdikləri qəhrəmanlığı, səmərəli və mənalı həyat yolunu işıqlandıran bu dəyərli əsərin yüksək ideya-bədii və mənəvi-əxlaqi əhəmiyyətini  vurğulayır.

 

 

LENT

28 Mart 2017
27 Mart 2017
26 Mart 2017
25 Mart 2017
24 Mart 2017
23 Mart 2017
21 Mart 2017
20 Mart 2017
19 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017
15 Mart 2017