“Qırmızı bağ”ın Rusiya uğuru

"Qırmızı bağ" bədii filmi Rusiyada keçirilən 30-cu "Nika" mükafatının nominantı elan edilib.

 

Kulis.azın verdiyi xəbərə görə, rejissor Mirbala Səlimlinin lentə aldığı film “MDB və Baltikyanı ölkələrin ən yaxşı filmi” nominasiyasında yarışacaq.

 

Məlumat üçün bildirək ki, “Nika” Rusiya Kinematoqrafiya Sənəti Akademiyası tərəfindən təsis edilən mötəbər milli kinematoqrafiya mükafatıdır.

 

Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb.

 

Film bir sıra nüfuzlu beynəlxalq kino festivallarda iştirak edib.

 

Ekran əsərinin ssneari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov və Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media).

 

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar.

 

LENT

25 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017