"Yuğ"un direktoru İrana gedib

 

 

Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov 5-7 mart tarixlərində İranda işgüzar səfərdə olacaq. Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə T.Rəsulov İranın paytaxtı Tehran şəhərində keçirilən beynəlxalq seminarda iştirak etmək üçün dəvət alıb.

 

Dramatik İncəsənət Mərkəzinin təşkilatçılığı ilə təşkil olunan “Özəl və dövlət teatrları arasında münasibət” adlı seminarda Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrindən – Rusiya, İtaliya, Meksika, İspaniya, Nigeriya, Gürcüstan, Macarıstan, Almaniya, Hindistan, Qazaxıstan və İrandan nüfuzlu teatr xadimləri iştirak edəcək. Teatr direktorlarının, prodüserlərin, rejissorların, teatrşünasların iştirak edəcəyi Beynəlxalq seminar beynəlxalq teatr əlaqələrinin qurulmasını, teatr idarətməsi ilə bağlı təcrübə mübadiləsini və elmi müzakirələrin keçirilməsini hədəfləyir.

 

Səfərdə T.Rəsulovun İranın teatr xadimləri ilə görüşləri nəzərdə tutulur. Görüşlərdə Azərbaycan-İran teatr münasibətlərinin mövcud durumu, gələcək perspektivləri, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirəsi planlaşdırılır. 

LENT

26 İyun 2017
25 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017