Dünyanın ən yaxşı 50 filmi - SİYAHI

 

Kulis.Az Sevda Sultanovanın “Baxılası 50 film” layihəsindən ilk 25 filmi təqdim edir.

 

1. Pedro Almodovar – “Anam haqda hər şey” (“All About My Mother”)

 

İspaniya - 1999

 

 

Yazıçı olmağı arzulayan 17 yaşlı Esteban məşhur aktrisadan avtoqraf almaq istəyəndə anasının gözləri qarşısında qəzada ölür. Manuela oğlunun “Anam haqda hər şey” adlı gündəliyini tapır. Gündəlikdən bilir ki, oğlu atasını tanımağı çox istəyib. Manuela yeni həyata başlamaq qərarını verir. Və o, Barselonaya oğlunun transvestit olan atasını axtarmağa gedir.

 

2. Billi Uaylder – “Sanset bulvarı” (“Sunset Boulevard”)

 

Amerika – 1950

 

 

Film gənc ssenarist Gillisin hovuzda tapılan cəsədinin təsvir edildiyi səhnə ilə başlayır. Kadr arxasında Gillis onun ölümünə gətirən əhvalatı danışır. Gənc ssenarist Hollivudda öz yerini tapmaq istəyir. Amma onun işləri diqqətdən kənarda qalır. 

 

3. Frensis Ford Koppola  “Söhbət” (“The Conversation”)

 

Amerika – 1974

 

 

Söhbətləri gizli dinləmək üzrə usta olan Harri Kola yüksək peşəkarlığına görə həmkarları hörmət edir.  Kol sevgilisinə heç nə danışmır, taksofondan zəng edir, iddia edir ki, ev telefonu yoxdur. 

Sadəcə, öz işini görür, müştərilərə müşahidələrinin nəticəsini verir. Onun karyerasındakı ən uğurlu işi nəticəsində üç adam öldürülür. O, təsəllini mütəmadi  olaraq kilsələrdə tövbə etməklə tapır.

 

4. Aki Kaurismyaki - “Keçmişi olmayan adam” (“The Man Without a Past”)

 

Finlandiya – 2002

 

 

Finlandiyanın əyalətində yaşayan işsiz kişi Helsinkiyə iş axtarmaq üçün gəlir. Vağzalda naməlum adamlar onu döyür. Huşsuz vəziyyətdə xəstəxanaya aparılan kişi yaddaşını itirir. Və o,  burda həyatını sıfırdan başlamalı olur.

 

5. Alen Rene - “Hirosima – sevgim mənim” (“Hiroshima My Love”)

 

Fransa – 1959

 

 

İkinci dünya müharibəsindən sonrakı Yaponiya. İkinci Dünya Müharibəsinin və nüvə fəlakətinin ağrılarını yaddaşlarında daşıyan fransız aktrisası Riva ilə yapon arxitektoru Okada qarşılaşır. Gecəni birlikdə keçirən qadın və kişi keçmişlə bağlı travmalardan azad ola bilmirlər.

 

6. Pol Tomas Anderson – “Maqnoliya” (“Magnolia”)

 

Amerika – 1999

 

 

Film müxtəlif hekayətlər toplusudur.

 

7. Mikelancelo Antonioni – “Macəra” (“The Adventure”)

 

İtaliya – 1960

 

 

Məşhur diplomatın qızı Anna dostları ilə dəniz səyahətinə çıxır. Səfər zamanı Anna müəmmalı şəkildə yoxa çıxır. Dostlanının onu axtarşı cəhdləri nəticəsiz qalır. Qəfil itkinin həyəcanı, Annanın taleyi haqda cürbəcür fərziyyələr yerini tədricən sevgi əhvalatına verir. İtkin düşən qadının sevgilisi Sandro ilə onun rəfiqəsi Klaudiya arasında məhrəm bağ yaranır.

 

8. İnqmar Berqman - “Persona” (“Persona”)

 

İsveç – 1966

 

 

Teatr aktrisası Elizabet tamaşa zamanı qəfildən susur və daha danışmır. Psixiatr müəyyənləşdirir ki, Elizabet psixi sağlam olsa da qəribə bir vəziyyətdə - donub qalma vəziyyətindədir. Onu baxıcısı, tibb bacısı Alma ilə birlikdə şəhərkənarı evə dincəlməyə yollayırlar. Elizabet susur, Alma isə onu vəziyyətdən çıxarmağa çalışır.

 

9. Bernardo Bertoluççi – “Konformist”  (“The Konformist”)

 

İtaliya – 1970

 

 

Hadisələr 1938-cil ildə cərəyan edir. Gənc aristokrat Marçello Kleriçi “normal”  həyat qurmaq arzusundadır. Buna görə o, faşistlərlə əməkdaşlığa gedir, orta təbəqədən yaraşıqlı qadınla ailə qurur. Hadisələrin gedişatında bəlli olur ki, Marçellonun uşaqlıq travmaları var: anası morfindən istifadə edir, atası psixi xəstəxanda yatır, özü isə uşaqlıqda sürücü tərəfindən cinsi zorakılığa məruz qalıb.

 

10. Robert Bresson - “Həyat belədir, Baltazar” (“Balthazar, at Random”)

 

Fransa – 1966

 

 

Filmdə Baltazar adlı eşşəyin həyatı nəql olunur. Eşşəyin ilk sahibinin uşaqları onu Baltazar adlandırılar. Eşşək sahiblərini dəyişir, əldən ələ keçir. Bəziləri ona mərhəmətli, bəziləri amansız davranır. Heyvan  bütün olanları itaətlə, dözümlə qarşılayır.

 

11. Luis Bunuel - “Burjuaziyanın təmkinli cazibəsi” (“The Discreet Charm of the Bourgeoisie”)

 

İspaniya – 1972

 

 

Filmin qəhrəmanları yüksək təbəqəyə məxsus  üç kişi və üç qadındır. Yuxu ilə reallığın qarışığı olan filmdə personajlar bütün film boyu maneələrə baxmayaraq, birlikdə yemək yeməyə çalışırlar.

 

12. Cim Carmuş – “Qırıq güllər” (“Broken Flowers”)

 

Amerika – 2005

 

 

Gəncliyində arvadbaz olan Don Conston anonim məktub alır. Məktubda naməlum qadın 19 il əvvəl ondan bir oğlan doğduğunu və indi o gəncin atasını axtardığını yazır. O, həyatındakı qadınları xatırlamağa başlayır, məktubun kim tərəfindən göndərildiyini müəyyənləşdirməkdən ötrü yola çıxır. Və bir-bir keçmiş sevgililərinin evinə baş çəkir.

 

13. Con Ford - “Dilican” (“Stagecoach”)

 

Amerika – 1939

 

 

XIX əsrin sonu. Dilicanda bir neçə adam şəhərcikdən Nyu Mexikoya yola düşür. Hər obraz simvolik məna daşıyır:  qorxaqlıq, xeyirxahlıq,  haramlıq, humanizm, əxlaqsız, hamilə qadın.

 

14. Con Kassavetes – “Kölgələr” (“Shadows”)

 

Amerika – 1959

 

 

Musiqiçi Benni dostları ilə Manhettendə veyllənir, qızlarla tanış olur və xoşagəlməz hadisələrlə üzləşirlər.

 

15. Dziqa Vertov – “Kinokameralı adam” (“Man with a Movie Camera”)

 

Rusiya – 1929

 

 

Rejissor qatarlarla, insanlarla, zavodlarla, dükanlarla dolu, qaynayan şəhərlərin həyatlarından fraqmentləri bir araya gətirərək süjetsiz, eksperimental poetik film yaradır.

 

16. Sergey Eyzenşteyn - “Potyomkin zirehli gəmisi” (“Battleship Potemkin”)

 

Rusiya – 1925

 

 

Odessa reydində dayanan zirehli gəminin matrosları, onları qurdlu ət yedirtdiyinə görə rəhbərliyə qarşı qiyam edir. Qiyamçıları güllələmək əmri verilir.

 

17. Verner Fassbinderin - “Mariya Braunun izdivacı” (“The Marriage of Maria Braun”)

 

Almaniya – 1978

 

 

Qırmızı Ordu Berlinə yaxınlaşır. Yeni evlənən German və Mariya bu zaman bombardmana məruz qalır. Zifaf gecəsindən sonra Germanı cəbhəyə yollayırlar. Az sonra Mariyaya ərinin öldüyünü xəbər verirlər. O, amerikalı əsgərlərinin toplandığı barda işə düzəlir.

 

18. Federiko Fellini - “Səkkiz yarım” (“8½”)

 

İtaliya - 1963

 

 

Qvido yeni film çəkməyə hazırlaşır. Əvvəlki filmi uğurlu olduğuna görə, prodüser ümid edir ki, yeni film də gəlir gətirəcək. Dekorasiyalar, ssenari hazır olsa da, Qvido yaradıcılıq böhranı yaşayır və ilham mənbəyi axtarır.

 

19. Jan Lyuk Qodar “Son nəfəsdə” (“Breathless”)

 

Fransa – 1959

 

 

Cinayətkar Mişel oğurladığı maşını təqib edən polisi öldürür. Təqib olunan Mişel Parisdə təhsil alan amerikalı tələbə sevgilisi Patrisiyanın yanına gəlir. Onlar birlikdə vaxt keçirir, İtaliyaya qaçmağı planlaşdırırlar...

 

20. Yılmaz Güney – “Yol” (“The Road”)

 

Türkiyə - 1981

 

 

Film bir həftəliyə həbsdən evə buraxılmış bir neçə məhbusun həyatını nəql edir.

 

21. Mixail Hanekenin - “Ağ lent” (“The White Ribbon”)

 

Avstriya – 2009

 

 

1913-cü ilin Almaniyası. Sakit bir kənd təsviri. Günlərin birində kənddə naməlum adamların törətdiyi zorakı hadisələr baş verir.

 

22. Alfred Hiçkok – “Psixo” (“Psycho”)

 

Amerika - 1960

 

 

Gənc qadın Merion rəisinin ona etibar etdiyi 40 min dolları oğurlayır. O, şəhərdən getmək və sevgilisi ilə yeni həyata başlamaq istəyir. Qaçış zamanı o, moteldə gecələyir. Motelin sahibi, psixi travmaları olan Norman Merionu amansızlıqla qətlə yetirir.

 

23. Hovard Houks - ”Çapıqlı adam” (“Scarface”)

 

Amerika – 1932

 

 

Qanqster Toni kriminal boss Conninin qətl sifarişlərini həyata keçirir. Getdikcə hakimiyyəti güclənən Toni əmindir ki, silahla istənilən problemi həll edə bilər.

 

24. Jan Viqo - “Atalanta” (“L'Atalante”)

 

Fransa – 1934

 

 

İki gənc - kəndli qız Cülyetta və gəmi kapitanı Jan evlənir. Sonra onlar Janın “Atalanta” adlanan gəmisinə daşınırlar.

 

25. Karl Dreyer – ”Janna Darkın izitirabları” (“The Passion of Joan of Arc”)

 

Danimarka - 1928

 

 

Jannanın həyatının son iki günü - məhkəmə prosesi, edam cəzasına məhkum edilməsi təsvir olunur. Sorğu-sual, işgəncə ilə Jannanı əqidəsindən dönməyə məcbur edirlər.

 

Növbəti 25 filmin siyahısına burdan baxa bilərsiz.

 

LENT

25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017
21 May 2017
20 May 2017
19 May 2017