Müşfiq Xandan yeni roman - VİDEO

 

“XAN” nəşriyyatında Müşfiq XANın sayca 13-cü kitabı olan “Yoxolma” işıq üzü görüb. Kulis.azın məlumatına görə kitabda müəllifin detektiv janrda qələmə aldığı “Ölümlə üz-üzə”, “Müəmmalı yanğın”, qorxu-detektiv janrda yazdığı “Yoxolma” povestləri ilə yanaşı “Yazıçının intiharı”, “Zəhləmgetmiş” və “Şanslı gün” hekayələri yer alıb.

 

Yazıçı müasir mövzularda qələmə aldığı bu nəsr nümunələrində insan həyatının mürəkkəb psixoloji durumunu incələməyə çalışıb, bir-birindən maraqlı insan obrazları yaradıb.

 

Kitabın redaktoru Əyyub Qiyasdır.

 

Qeyd edək ki, müəllif yeni kitabı üçün oxuduğu intronu sosial şəbəkədə oxucuları ilə paylaşıb.

LENT

25 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017