Anasının qatilini bağışlayan Müslüm Gursəsin HƏYAT HEKAYƏTİ

O, musiqi dünyasında “Baba” ləqəbi ilə tanınıb. Həyatında çox çətinliklər görüb, ancaq hər zaman musiqi onun təsəllisi olub.

 

Həyatı

 

1953-cü il 7 may günündə Türkiyənin Şanlıurfa vilayətinin Fıstıközü kəndində Müslüm Akbaş adlı oğlan uşağı dünyaya gəlmişdi. Ancaq bütün Türkiyə onu Müslüm Gursəs kimi tanıyır və sevirdi. Musiqi dünyasında onu “Müslüm Baba” çağırırdılar. O, Gursəs soyadını sonradan götürmüşdü.

 

Hələ kiçik yaşlarından ailəsi – atası Məhmət Akbaş, anası Əminə Akbaş, qardaşı Əhməd və bacısı Zeyno ilə birgə həyatın çətinlikləri ilə mübarizə aparırdı. Bir gün doğulub böyüdükləri yerlərdən köçərək Adanaya gedirlər.

 

Onların bircə ümidi var idi – Adanada rahat yaşaya bilmək. Ancaq həyat bu ailəyə çətin üzünü daha sərt şəkildə göstərir. Çətin, ağır günlər bir-birini əvəz edir. Müslüm anasını itirir. Özü də çox faciəli şəkildə: onun atası anasını öldürür!

 

 

Cəzasını çəkəndən sonra Şanlıurfaya qayıdıb təzədən evlənən atasıyla Müslüm Gursəs 30 il üz-üzə gəlib görüşmür, ancaq uzaqdan-uzağa maddi dəstəyini əsirgəmir. 75 yaşında ölüm xəbərini eşidərkən isə Almaniya səfərindən dönərək Şanlıurfaya gəlir və yasda iştirak edir.

 

Anasından əvvəl Müslümün böyük qardaşı kənd meydanında güllələnərək qətlə yetirilmiş və Müslüm oraları tərk edib bir daha geri dönməmişdir. Artıq həyat Müslüm üçün daha da ağır keçir. Əsl peşəsi dərzilik olan Müslüm özünə qapanır, yaşadığı çətinliklər onu daha da qapalı həyata bağlayır.

 

Karyerası

 

Musiqi həyatının hər dövründə Müslümün tək dostu, sirdaşı olub. 1968-ci ildə Adanada bir çay bağçasında səs yarışması təşkil edilib. Bu yarışa qatılmağı çox istəyən Müslüm atasının narazılığı ilə qarşılaşıb, amma orda mütləq iştirak etməliydi. Bazara gedərək özünə paltar alan Müslüm həyəcanla yarış gününü gözləyib. Hətta yarışdan əvvəlki gecə yatanda atasının saçlarını kəsməsi də Müslümün yarışa qatılmağına mane ola bilməyib. Çoxdan gözlədiyi səs yarışında birinciliyi qazanan Müslüm “Gursəs” soyadını da onda götürüb.

 

Bir müddət çayxanada işləyən Müslüm daha sonra əsl peşəsi olan dərziliyə geri dönüb. Balaca atelyedə çörəkpulunu qazandığı vaxt sonradan məşhur mahnısında da dediyi kimi “Tale quşu bir gün yolunu azaraq bizim başımıza qonar” arzusu reallaşır.

 

 

Tale quşu Müslüm Gursəsi həmin o balaca atelyedən çıxararaq milyonların sevimlisinə çevirib. Məhmət adlı bir dostu bir gün Müslümü kazinoya aparıb. Çünki o gün kazinonun müğənnisi Sadiq Altınməşə xəstələnib və səhnəyə çıxa bilməyib. Müslüm Gursəs mikrofonu əlinə alıb və bir daha əlindən buraxmayıb.

 

Müslüm musiqini göydən enən mələk adlandırırdı.

 

Morqdan səhnəyə

 

Məşhurluq yolunda addımlasa da, hələ o günlərdə yüz minlərlə insan qarşısında konsert verən ulduz, fanatlarının qəhrəmanı deyildi. Hətta “Arabesk ulduz ovçusu” Yeşilcam prodüserlərinin də diqqətini çəkməmişdi.

 

Image result for müslüm gurses

 

O, hələ ki, şöhrətə doğru addımlayan gənc istedadlardan biri idi. Tez-tez Anadolu turuna çıxırdı, konsertlər verirdi. Yorğun və yuxusuz keçən turnelərdən sonra bir gün gecə vaxtı Tarsus - Adana yolunda içində olduğu avtomobil qəza törədərək param-parça olur. Sükanın başında yatan sürücü qəza zamanı ölür, yanındakı sərnişinin – Müslümün isə öldüyü güman edilərək morqa aparılır və o, gözünü morqda açır.

 

Başı və bədəni o qədər zədələnmişdi ki, öldüyü güman edilirdi. Ancaq son anda nəfəs aldığını görürlər və onu əməliyyata salırlar. Alın sümüyü həddən artıq zədələnmişdi, əməliyyatdan sonra sanki yenidən yaratmışdılar.

 

Image result for müslüm gurses

 

Bu qəzadan sonra Müslümün həyatında çox şey dəyişir. Sanki ölümün soyuqluğunu hiss edən bu gənc üçün heç nə əvvəlki kimi olmayacaqdı.

 

Qəzadan sonra artıq qulağı daha zəif eşidir, yavaş danışır və qoxu hiss etmirdi. Üstəlik, çox diqqətlə hərəkət etmək məcburiyyətində idi. Bundan əlavə, güclü baş ağrıları ömrü boyu onu tərk etməyəcəkdi. Bəlkə də bu qəzaya görə həmişə kədərli olacaq, taledən, ölümdən, daima ağrılardan danışacaq və səhnədə ağır mahnılar oxuyacaqdı.

 

Buna görə də “Xəstə oldum, Allahım”, “Ulu Tanrım, bu nə dərddir?, “Bu qədər işgəncə günahdır”, “Yetər, Tanrım, yetər” mahnılarını sanki  üsyan edərək oxuyurdu. Bütün bu mahnılar ağır və dəhşətli qəzanın qurbanı olan gəncin özünüifadəsi idi. İllər sonra bir mahnısında deyəcəkdi:

 

Image result for müslüm ve muhterem hanim

 

Aklımdan çıkmıyor veda edişin,

Bütün duygularım ağır yaralı,

Beni kalbimden vurdu veda edişin,

Bütün duyğularım ağır yaralı.

 

1967-ci ildən etibarən TRT-Adana-Çukurova radiosunda hər həftə şənbə günü canlı olaraq türkülər oxuyurdu. O, 1968-ci ildən etibarən bazara ilk dəfə 45-lik val çıxarmağa başlayıb. İstanbula gələn Gursəs, Səlahəddin Sarıkayanın sahibi olduğu “Sarıkaya val” ilə 2 ədəd 45-lik val çıxarıb - "Giyin kuşan selvi boylum / Hayatımı sen mahvettin" ilə "Gitme gel-gel / Haram aşk".

 

1969-cu ildə yenə İstanbulda Palandöken firması ilə “Sevda yüklü kervanlar / Vurma güzel vurma" adlı növbəti valını çıxarıb. Bu val 300 min ədəd satılaraq rekord qırıb. Gursəs bu valdan sonra əsgərliyə gedib, geri qayıdanda yenidən İstanbula gələrək eyni firmada val çıxarmağa davam edib.

 

1999-ci ildə Müslüm Gursəsin o dövrdə 15 il ərzində albomlarını çıxardığı Elenor firmasıyla yolları ayrılıb.

 

2006-cı ilin yanvarında sənətçinin “Ürək gəmim” adlı albomu işıq üz görüb. Elə həmin il azıçı Muratxan Munqanla ortaq layihəsi olan “Eşq təsadüfləri sevər” “Pasaj-musiqi” etiketiylə musiqi marketlərində yerini tutdu.

 

Image result for müslüm ve muhterem hanim

 

2009-cu ildə Müslüm yenə eyni firmadan hamını təəccübləndirən “Sandıq” albomu ilə səhnəyə geri dönüb. Bir il sonra, 2010-cu ilin noyabrında yenidən “Pasaj-musiqi” ilə “Yalan Dünya” adlı albomunu çıxarıb.

 

Aktyorluğu

 

Müğənnilikdən əlavə Müslüm Gursəs bir çox filmlərdə də rol alıb. İlk dəfə 1979-cu ildə çəkilən “Üsyankar” adlı filmlə kamera qarşısına keçən Gursəs o dövrün musiqili filmlərinə uyğun olan uzun metrajlı kinoda oynayıb. Bütün çətinliklərə rəğmən, onu hər zaman yenidən həyata bağlayan isə həyat yoldaşı Möhtərəm Nur olub.

 

Onlar 1982-ci ildə Adana turunda tanış olublar. Bu tanışlıqdan sonra isə heç vaxt ayrılmayıblar. Kino aktrisası olan Möhtərəm Nur həyat yoldaşının istəyi ilə sənətdən uzaqlaşıb.

 

Image result for müslüm baba filmi

 

Müslüm Gursəs isə həyatı boyunca ümumilikdə 38 filmdə rol alıb. Onun rol aldığı sonuncu film 2011-ci il istehsalı olan “Şou-biznes” olub.

 

 “Müslüm Baba” ömrünün son illərində bəzi pop və rok mahnıları da repertuarına daxil edib. Sənətçi Nilüfərin "Olmadı yar", Teomanın "Paramparça" və Tarkanın "İkimizin yerinə" mahnılarını yenidən səsləndirib. Ömrünün sonuna qədər ümumilikdə 80-dən çox val və albom çıxarıb. O, eyni zamanda bir neçə reklamda da çəkilib.

 

Ölümü

 

Müslüm Gursəs 2012-ci ilin 15 noyabrında İstanbul Memorial Xəstəxanasında əməliyyat olunub. Əməliyyatdan sonra o, ürək və ağciyər çatışmazlığı səbəbilə reanimasiyaya yerləşdirilib. Ancaq dörd aya yaxın müalicə onu ayağa qaldıra bilməyib.

 

3 mart 2013-cü ildə Müslüm Gursəs müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

 

4 martda Teşvikiyə məscidində cənazə namazı qılınan sənətkar Zincirliquyu qəbiristanlığında torpağa tapşırılıb.

 

Image result for müslüm baba öldü

 

LENT

19 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017