Bir ağrı var kürəyimdə

 

Qatar

 

Leyla Əsədullayeva

 

Qatar gedir.

Bir də, geri dönməyəcək.

Aparacaq dəqiqələri,

Saatları.

Tamam olan günlərimiz,

Bu qatarda dincələcək.

 

Özü ilə uşaqlığı,

Uşaqlığın kölgəsində,

Rahatlığı aparacaq.

Təravətli gənclik ilə,

Çılğınlığı aparacaq.

 

Hava təmiz, bulud da ağ.

Hərdən-birdən uğultusu

Eşidilir küləyin də.

 

Bir ağrı var kürəyimdə:

Elə bil ki, kürəyimə,

İti bıçaq, batır-çıxır.

Dostların xəyanəti

Duz-çörəyə, batır-çıxır...

 

Gedəcəklər bu qatarla.

Bəlkə yanaşı düşdülər?

Vaxtsız cırılmış fatamla...

 

Qatar gedir:

Vaqonuyla,

Təkəriylə.

Maşinist

Və köməkçiylə.

 

Bir saat, alovda yanır,

Yarım saat, çayda üzür.

Küllərini tökür çıxır.

 

Göydə uçur.

Buludların ağlığını,

Ulduzun parlaqlığını,

Alıb düşür,

Göy üzündən ,

Yer üzünə.

 

Yaşı keçmiş çinarın da,

Ayaqları yer üzündə,

Arzuları göy üzündə

Dövrə vurur.

 

Arzularım sığışmayır

Bu qatara.

Dərin ah çəkib arada,

Keçmişimə, şillə vurur.

 

Cavanlığın nahaqqını,

Qocalığın haqqı udub.

Fit səsiylə, zaman durur.

O son dəfə dövrə vurur.

 

Salamat qal .

Fani dünya.

Salam ay,

Əbədi dünya.

 

Qatar getdi:

Vaqonuyla,

Təkəriylə.

Maşinist

Və köməkçiylə...

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017