Vidadi Babanlıdan xəbər var

Tanınmış yazıçı Vidadi Babanlı yeriyə bilmir. 

 

Bu barədə Kulis.Aza yazıçının özü məlumat verib. Onun sözlərinə görə, hələ də dəmir tutacaqlar vasitəsi ilə hərəkət edir: “Yeriyə bilmirəm. Yayda ayağım sınmışdı. İndi də ağrıları durur”.

 

90 yaşlı yazıçı daha sonra bunları söyləyib: “Başqa narahatlığım yoxdur, babatam, pis deyiləm, bircə problemim yeriyə bilməməyimdi”.

 

Vidadi Babanlı hazırda yeni bir əsərini bitirdiyini də açıqladı: “Özümlə müsahibəm” adlı əsər yazmışam. Avtobioqrafik əsərdir. Hələ çap eləmək istəmirəm. Düşünürəm ki, üzərində yenə işləyim. Qismət olsa...”

 

LENT

30 Mart 2017
29 Mart 2017
28 Mart 2017
27 Mart 2017