Beyləqandakı hadisə haqqında Avstriya filmi...

Bir halda ki, ötən həftə gündəmin əsas mövzularından biri Beyləqandakı olay oldu, icazə verin zorakılıq mövzusunun araşdırıcılarından biri, avstriyalı rejissor Ulrix Zaydlın “Zirzəmidə” sənədli filmindən danışım. “Ekstremal situasiyalar kinosu”nun müəllifi adlandırılan Zaydlın 2014-cü ildə ekranlara çıxan filminin maraqlı tarixçəsi var.  

 

Yadınıza gəlirsə, 2008-ci ildə Avstriyada tükürpədici bir cinayətin üstü açıldı.  Jozef Fritzl 1984-cü ildən qızını zirzəmidə qapatmış, təcavüz etmiş və onların yeddi uşağı olmuşdu. 

 

Cinayətlə bağlı nəinki yerli, hətta beynəlxalq mətbuat rejissorun mövqeyini bilmək istəyirdi. Zaydlın dediyi kimi, görünür, onu Avstriyada baş verən pozğunluq üzrə mütəxəssis hesab edirlər. Çünki rejissor filmlərində real adamların qaranlıq, gizlin dünyalarını göstərir.

 

Hərçənd, filmin ideyası o, “İt günləri” sənədli filmini çəkəndə yaranmışdı. Onda rejissor müxtəlif evlərdə çəkiliş edəndə avstriyalıların zirzəmilərdə daha çox vaxt keçirdiyini görmüşdü. Fritzl hadisəsindən sonra isə o, ideyasını həyata keçirməyi qətiləşdirdi.

 

Səhnələr orta təbəqəni təmsil edən avstriyalıların zirzəmilərində çəkilib. Şok effekti yarada biləcək epizodlar çoxdur və iştirak edənlər real qəhrəmanlar, göstərilənlər real əhvalatlardır. Ona görə, bu sənədli film psixoloji hazırlıq tələb edir.

 

Film yaşlı kişinin zirzəmidə müxtəlif operalardan partiyalar oxumasıyla başlayır.

 

O, zirzəmisində yaşıdlarına odlu silahdan atəş açmağı öyrədir. Özü nifrətlə müsəlman terrorçularına bənzəyən kuklalara atəş açır, müsəlmanların Avropada nifrət yaydığını deyir. Sonra isə onlar zirzəmidə Avstriyada yaşayan türklər haqda müzakirə açırlar.

 

Österreichischer Filmpreis 2013 B Ulrich Seidl 2 (cropped).jpg

 

“Türklər məntiqi düşünə bilmirlər, onların Avstriya pasportu olsa da. Çünki islam öyrədir ki, məntiq onların allahına qarşıdır. Türklər qısa ətək və sarışın qadın görən kimi arxasınca düşürlər. Və deyirlər ki, sizin qadınlarla yatırıq. Türklər hunlar kimi primitiv millətdilər. Hunlar bizim qadınları zorlayıblar, kişiləri öldürüblər, tarixdən keçmişik.

 

Mən birinci növbədə çadranı qadağan edərdim. Marketdə gördüm, qadın başdan-ayağa qara geymisdi, ancaq gözləri görünrdü. Əri isə şortikdə. Çox isti idi. Pis tər iyi gəlirdi”.

 

Müəllif türkləri aşağılayan həmvətənlərinin sonrakı epizodlarda instinktlərə təslim olma, zorakı xarakterini açır. Zaydlın kişinin xatakterində opera musiqisinə sevgi ilə nifrəti bir araya gətirməsi təsadüfi deyil. O, filmlərində Hanekenin klassik musiqiyə münasibətini davam etdirir. Haneke “Pianoçu qadın” filmində ölkədə klassik musiqiyə münasibətin düşgünlük, anormal hal aldığını göstərir. Yəni musiqi cəmiyyəti əsarətdə saxlayır, sənət anlamından çıxaraq insanın dəyər ölçüsünə çevrilir. Klassik musiqiyə aşırı sevgi kübar görünən insanları daxilən zombiləşdirir. Məsələn, Zaydlın “İt günləri” lentində iki kişi musiqi müəlliməsinə seksual zorakılıq göstərərək, ona mahnı oxudur.

 

Başqa bir epizodda kişi şüşə arxasında nəhəng ilanın  siçanı udmasına həzzlə baxır.

 

Yaşlı qadın hər səhər-axşam qutulardan körpə uşağa bənzəyən kuklaları çıxarıb əzizləyir: “Sən artıq böyümüsən, ananı qucaqlaya bilərsən”.

 

Çılpaq kişi döşəməni silir, otaqları tozsoranlayır, unitazı diliylə yalayır. Sahibəsi içəri girib onun yanına şillə vurur: “Bir ləkə belə qalmasın”.

 

Və qadın kamera qarşısında rahatdır: “Mən həmişə dominant olmuşam, amma bu o demək deyil ki, iradəmi sırıyram. Sadəcə, tələbəimi yerinə yetirəndə xoşuma gəlir. Mən köləmə pərəstiş eidrəm. Onun da mənə itaətdən xoşu gəlir. Belə münasibət bizim sevgimizə xələl gətirmir, əksinə qarşılıqlı inam, etibar onu gücləndirir”.

 

Qadın təbii ehtiyaclaını ödəyəndən sonra yuyunmur, kişinin dili onun üçün su və tualet kağızı rolunu oynayır.

 

Bu epizodda daha tükürpədici səhnələr var...

 

 

Nisbətən yaşlı qadın mazoxist oldugunu deyir. Kişinin ona intim akt zamanı zorakılıq nümayişindən xoşlandığını deyir. Keçmiş ərinin ona amansız rəftarından isə gileylənir, feminist çağırış edir: “Sizlə qəddarcasına davranırlarsa o kişini tərk edin. Əri həmişə tapmaq olar”. Mazoxist qadın eyni zamanda zorakılığa məruz qalan qadınlara yardım elədiyini deyir.

 

Başqa bir yaşlı avstriyalı kişi Hitlerin fanatıdır, zirzəmisinin divarlarından onun müxtəlif pozlarda şəkilləri asılıb. Nasist Almaniyasının hərbi formasında olan kukla əsgərləri əhatəsində dostlarıyla vaxt keçirir.

 

Gənc qız satici işləməkdən yorulduğundan fahişəliyi seçdiyini deyir. Kişi müştərisi fahişələrlə dil tapmağın daha asan olduğunu, onların sayəsində qadını necə xoşbəxt etməyi öyrəndiyini dilə gətirir.

 

Təsvir olunan bütün zirzəmilər səliqəli, komfortludur. Bura onların sahiblərinin qaranlıq, sirli dünyalarının vizual ifadəsidir. Onlar zirzəmidə azaddırlar, olduğu kimidirlər: tutqularıyla, hobbiləriylə, tələbatlarıyla, ibtidai duyğularıyla...

 

Film fahişənin dar qəfəsdə çırpınmasıyla bitir. Bu, gizli dünyalarını aşkara çıxara bilməyən insanlara metafordur.

 

Zaydl filmə idillik təsvirlərlə başlayır, tədricən idilliyanın alt qatındakı zorakılığı üzə çıxarır.

 

Digər filmlərində olduğu kimi burda da səhnələrə əlavə olaraq belə adlandırılan “Zaydl təsvirləri” çəkilib. Yəni, kadrlarda birbaşa kameraya baxan, hərəkətsiz adamlar göstərilir. Rejissora görə, yaxın təsvirlərdə insanlar boyasız-filansız  görünür:

 

“Hərəkətsiz təsvir mənim üçün bir növ tablo kimidir, yəni çalışıram ki, bunu, son detala qədər istifadə edim, hətta şişirtməyə çalışıram, burda təsvir özü danışır, dialoq və mətnlərə ehtiyac yoxdur.“

 

Müsahibələrindən birində Zaydla belə sual ünvanlanmışdı ki, niyə avstriyalıların əsərlərində insanlar aqressivdir, daim bir-birinə cəhənnəm, zorakılıq hazırlayır?  

 

“Uçurumlar dünyanın hər yerində var. Amma mazoxist xüsusiyyət yəqin ki, xüsusi olaraq avstriyalılara məxsusdur: ölümlə məşğul olmaq, iztirablı münasibət, əndişə... Artlq 50-ci illərdə təsviri sənətdə Vyanada aksionizm (sənət və reallıq arasında sərhədi silən incəsənət forması. Vyana aksionistləri ölkədəki sosial riyakarlığa və siyasi basqıya etiraz edirdilər) meydana gəlmişdi və sənətkarların çoxu katolik idi. Məsələn, Josef Hader və ya Andre Heller. Biz praktiki olaraq, yüzilliklər boyu Habsburqlar epoxasında yaşamışıq və bu avtoritar dövlət olub.

 

Kimsə uzun müddət basqıya məruz qalırsa, onda sənət müqavimət göstərir. Bundan başqa bizə məktəbdə ölkəmizə nasistlər tərəfindən hücum edildiyini, Avstriyanın nasionalizmin, Hitlerin ilk qurbanı olduğunu öyrədirdilər. Biz qorxudan cinayətkar olduq, məgər elə deyil? Avstriyada belə adlandırmaq mümkünsə, günahlardan təmizlənmə, etdiklərimizin əvəzini ödəmə yox idi, bu qorxunc cinayət idi: kiminsə ağlına belə ideya gəlmədi ki, ölkədən sürgün olunanları geri qaytarsın. Avstriya yüzillərboyu məmurların cəmiyyəti olub. Bilmirəm, nədən alman rejissorları belə filmlər çəkmirlər. Aydındır ki, bizim filmlər ölkəyə sərt baxış, amansız tənqiddir. Həmin filmləri istənilən Qərb ölkəsində çəkə bilərəm. Çünki qoyulan məsələlər bütün dünyaya aiddir”.

 

 

LENT

23 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017