Qapı pusarkən inilti axtarmaq - İlaxır gündəliyi

Kulis.Az gənc şair Tural Turanın “İlaxır gündəliyi” şeirini təqdim edir.

 

İlk oğurluq həyəcanını

papaq atarkən yaşadıq qapılara.

Hər il saflığımızın bir tikəsi ilişib qaldı,

Qonşu pilləkəndəki tappıltılarda.

İlk oğraclığımız da

qapı pusarkən pıçıltılarda

inilti axtarmaq olmuşdu.

Səmənin taxılı sıx elədik ki,

İlimiz bərəkətli olsun.

Yumurtanı bir-birinə vura-vura

Bərəkət döyüşdürdük ovuclarımızda,

Atalarımız da it qapışdırdı,

Xoruz döyüşdürdü uduşu 5 manatdan.

 

İlaxır çərşənbədə fallıqlardan

ilk oğurluqlarımız başladı,

Arvadların ağızlarında manşet olduq.

Axşamına küçənin kişilərinə qoşulub

Basılmış itləri basdırmağa üz qoyduq.

 

Şər vaxtı toran küçələrdə traktorların

təkərlərini sökdük novruz tonqalına.

Əkinlərimiz şumsuz qaldı bu ildə...

Bu bahar zoğalımız tumurcuqlamadı nədənsə,

Təkcə iydə çiçəklədi, iydə...

 

Bu millət tonqalların üstündən

hoppana-hopana yüngülləşdi, əkə.

Üzümüzün həyası atılan papaqlara

Pişik, siçan leşləri qoyulanda yırtıldı.

Qapımız döyüləndə üzümüz qızarmadı,

Qapımızı döyənə söyüb, bu biri küncdə

Pəncərəmizi pusanın qapısını bağladıq.

 

LENT

29 İyul 2017
28 İyul 2017
27 İyul 2017
26 İyul 2017