Orxan Fikrətoğlunun əsəri Türkiyədə tamaşaya qoyulur

 

Orxan Fikrətoğlunun “İtki” povesti Türkiyənin Antalya şəhərində yerləşən “Şimal Sanat” teatrında tamaşaya qoyulur. Yazıçının Kulis.aza verdiyi məlumata görə “Yetik” adlı tamaşanı rejissor Osman Utkuatış səhnələşdirir.

 

Aprelin sonu, mayın əvvəllərində tamaşanın Antalyada premyerası keçiriləcək. Baş rollarda aktyorlar Hüseyn Bozdağ, Fatma Arabaçı oynayacaq. Tamaşanın Stokholm festivalına təqdim olunması, daha sonra Bakıda da nümayişi gözlənilir.
 

Qeyd edək ki, hazırda Türkiyədə Orxan Fikrətoğlunun “Tək” povestinə də film çəkilməsi planlaşdırılır. 

LENT

29 May 2017
28 May 2017
27 May 2017
26 May 2017
25 May 2017
24 May 2017